16 C
Baku
Saturday, April 27, 2024

İşdə tənbəlliyə necə qalib gəlmək olar?

Tənbəlliklə mübarizə aparmaq müasir dövrün ən aktual problemlərindən biridir. Bəs tənbəllikdən azad olaraq, əsas fikri işə necə yönəltmək olar? Bununla bağlı time-menecment və psixoloqların nə məsləhət gördükləri ilə tanış olun:

Tamamilə heç nə etməyə çalışın. Bəli, bəzən nəyisə etməyə başlamaq üçün heç nə etməmək lazımdır. Otağın mərkəzində dayanaraq bir neçə dəqiqə hərəkətsiz vəziyyətdə qalın. Xoşunuza gəlir? İnanın ki, bir neçə dəqiqədən sonra sözün əsl mənasında əlləriniz qaşınacaq və nə iləsə məşğul olmaq istəyəcəksiniz.

Çətin olan ilk addımı atmaqdır. Qaydalara əsasən, tənbəlliklə mübarizə aparan və etməli işə doğru bir addım atan şəxs artıq prosesə daxil olur və onu davam etdirir. Bunu mənmuniyyətlə etməsə də, işdən öncəki gərginlikdən və həyəcandan xilas olmuş olur.

İş yerinin yaxşı təşkil edilməsi də mühüm amildir. Hər zaman pozitiv şəraitdə işləmək insana daha çox xoş təsir bağışlayır. əhər heç cürə işə başlaya bilmirsinizsə, ilk olaraq işləyəcəyiniz yeri hazırlayın. Evdə, ofisdə və yaxud hər hansısa başqa bir yerdə olmağınızın əhəmiyyəti yoxdurş istənilən yerdə kiçik düzəlişlər etmək mümkündür. İş masanızın üzərində əşyaları səliqəli və iş prosesinə mane olmayacaq şəkildə yerləşdirin. Düzgün təşkil edilmiş abu-havada şüurunuz özü işləməyi arzu edəcək.

Böyük işləri hissələrə ayırın. Bir çox hallarda iş bizə həddindən artıq ağır təsir bağışladığı üçün ona başlamaqdan qorxuruq. Qeyri-mümkünlük xülyasından xilas olmaq üçün görməli olduğunuz işi hissələrə ayırın. Bu işin bir hissəsini indi, digər hissəsini isə nahar fasiləsindən sonra yerinə yetirə bilərsiniz. Bu halda azda olsa öz şüur altınızı aldada biləcəksiniz.

İş zamanı fasilə etməyi unutmayın. Bütün gücünüzlə işə köklənməyinizə ehtiyac yoxdur. Bunun əvəzinə iş zamanınızı və iş fasilələrini düzgün şəkildə elə planlaşdırın ki, fasilələr mütəmadi, qısa müddətli və xoş olsun.

Özünüzə stimul təyin edin. İşi bitirmək üçün özünüzə mütləq bir səbəb tapın. Məsələn, bu işi bitirən kimi dostlarınızla çox rahat bir kafeyə gedib dincələcəksiniz. Yaxud çoxdandır arzusunda olduğunuz kitabı nəhayət ki oxumaq şansınız olacaq. Beləliklə, iş prosesi sizə daha asan gələcək, çünki sonda sizi xoş bir şey gözləyir.

İşləri planlaşdırın. Öhdəsindən gəlməli olduğunuz işləri vacib və ikinci dərəcəli olaraq iki hissəyə bölün. Artıq aydın olduğu kimi, ilk olaraq vacib, daha onradan isə ikinci dərəcəli tapşırıqları yerinə yetirin.

Özünüzə məqsəd təyin edin. İşə başladıqda “Hər nə olur olsun, bunu sona çatdıracam” fikrini özünüzə təlqin etməkdə fayda var. Məqsəd təyin etdikdə isə, ona nail olmağa məcbursunuz. Verilən vədlər tutulmalıdır, özünüzə olsa belə.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər