London University College alimləri belə bir nəticəyə gəlmişlər ki, rəhbərlik yaradıcılıq fəaliyyəti ilə məşğul olan əməkdaşlarına iş günü ərzində 30-90 dəqiqəlik yuxu fasiləsi yaratmalı və onların özlərinə uyğun olduğu bir vaxtda işləmələrinə şərait yaratmalıdırlar. Belə ki, bu şərtlər daxilində işləyən işçilər daha məhsuldar nəticələr göstərmişlər.
Alimləri belə hesab edir ki, insanlar əbəs yerə yuxuya gecə zamanı üstünlük verir. Bu yaradıcılıq fəaliyyətinə pis təsir edə bilər. Üstəlik də, uzun gecə yuxusu ənənəsi sənaye inqilabından sonra peyda olmuşdur. 30-90 dəqiqə günorta yuxusu şirkətlərə əməkdaşlarının məhsuldarlığını artırmağa kömək edə bilər. Çünki günorta yuxusu beyinə dincəlməyə və gücün yenidən toplamağa zaman ayırır.
Bundan əlavə, alimlər əmindirlər ki, dəqiq təyin edilmiş bir vaxtda işləmək və yaxşı nəticələr əldə etməyi gözləmək düzgün deyil. İdeyalar dəqiq təyin edilmiş saatda deyil, insanın özünü ideya yaratmağa məcbur etmədiyi bir vaxtda gəlir.
Məlum olduğu kimi yuxu – insanın həyati vacib tələbatıdır və yuxusuzluq orqanizmin fəaliyyətində çox saylı pozuntulara səbəb ola bilər. Orta hədlə orqanizmin öz gücünü yenidən bərpa etməsi üçün 6-8 saat yuxu lazımdır. Bundan əlavə, yuxusuzluq və az yatmaq depressiyaya, ürək xəstəliklərinə və immunitet ilə bağlı problemlərə yol aça bilər.