15 C
Baku
Monday, December 1, 2025

İşdən çıxarılan nazirin vəzifəsini o icra edəcək – Yeni təyinat

Rəşadət Nabatov Naxçıvanın səhiyyə nazirinin müavini təyin edilib.

Müvafiq sərəncam Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanıb.

O, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası edəcək. Rəşadət Nabatov “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən çalışıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər