Biz müxtəlif səbəblərdən öz iş yerimizi dəyişirik və istənilən müsahibədə işəgötürən bizim işdən çıxmaq səbəblərimiz ilə maraqlanacaq. Bu heç də arzuolunan sual deyil, üstəlik də əvvəlki işinizdən öz arzunuz ilə çıxmamısınızsa. Şirkətin bağlanması səbəbi ilə işinizi itirməyiniz çox suala səbəb olmayacaq. Yox əgər sizi heç də yaxşı olmayan iş nəticələrinə, hər hansı səhvə və yaxud rəhbərlə münaqişə səbəbindən işdən qovublarsa bu heç də xoş qarşılanmayacaq. Bəs işəgötürən şəxsə əvvəlki işdən məhz qovulduğunuzu deməklə işə götürülmə şanslarınızı necə qoruya bilərsiniz? Bu qəliz vəziyyətdən çıxmaq üçün sizə 3 məsləhət təqdim edirik:
Məsuliyyətdən qaçmayın:
İşəgötürənlər yaxşı bilirlər ki, ideal əməkdaşlar olmuşlar. Lakin bununla yanaşı, onlar sizdən heç olmasa buna cəhd göstərmənizi gözləyirlər. Heç kim səhvlərdən sığortalanmayıb və əgər artıq hər hansısa bir səhvə yol vermisinizsə hər şeydən əvvəl bundan nəticə çıxarmağa çalışın. Səhvlər bizə təcrübə, bu səhvlərin təhlili isə bunlara bir daha yol verməmək üsulunu öyrədir. İşəgötürənə yol verdiyiniz səhvdən hansı nəticəni çıxardığınızı danışın. Təhlil qabiliyyətinə malik və öz səhvini etiraf etməyi bacaran əməkdaş hörmət və inama layiqdir.
Üzrxahlıq etməyin və başqalarını günahlandırmayın:
Siz öz səhvinizi kiminləsə bölməyə, özünüzə bəraət qazandırmağa çalışdıqda belə bir vəziyyət yaranır ki, siz sadəcə nədə səhvə yol verdiyinizi özünüz də anlamamısınız. Bu da o deməkdir ki, həmin səhvə ikinci dəfə yol vermək ehtimalı var. Diqqətinizi özünüzə, xoşagəlməz hadisənin öhdəsindən necə gəlməyinizə və əldə etdiyiniz təcrübəyə yönəldin.
Nəyə görə dəyərli əməkdaş olacağınızdan danışın:
Siz ilk növbədə potensial işəgötürənə yaxşı mütəxəssis və insan olduğunuzu izah etməlisiniz. Ona izah etməlisiniz ki, sizin belə yaxşı mütəxəssis olmağınıza səbəb əvvəlki işinizdən qovulmağınızdır. İndi isə yeni şirkət sizi işə qəbul edərək sahib olduğunuz təcrübələrdən və nailiyyətlərdən ən yaxşı formada istifadə edə bilər.