13 C
Baku
Friday, November 22, 2024

İşğal dövründə Ağdam, Füzuli və Cəbrayılın iqtisadi vəziyyəti necə idi?

1994-2019-cu illərdə Füzulidən fərqli olaraq, Ağdamın keçmiş DQMV-yə yaxın olan bölgələrində həm yaşayış, həm də kənd təsərrüfatı intensiv inkişaf edirdi.

Ağdam ərazisində həyata keçirilən ən böyük layihə Ağdərə ilə Xankəndini birləşdirən yol çəkilişi idi. Bu layihənin çəkilməsi ilə Xankəndidən Ağdərəyə gedən yol təxminən 35 km qısalmışdı. Ağdam rayonu ərazisində işğal dövründə adətən taxıl, nar, qarpız, tütün, soğan və kartof əkilirdi. 2014-cü ildə ilk olaraq Ağdamın Gülablı kəndində tütün fabriki açılmışdı. 2014-cü ildə qondarma qurumun kənd təsərrüfatı naziri Ağdam rayonunda tərəvəzçiliyin artırılması üçün əraziyə torpaq sahiblərinin cəlb edilməsi ilə bağlı layihə təqdim edir. Bunun üçün torpaq istifadəçilərinə faizsiz kredit şəklində gübrə, toxum və pestisidlər verilirdi. 2015-ci ildə Ağdam rayonu ərazisində 2 650 hektar ərazidə payızlıq buğda, 1 000 hektar ərazidə arpa, 635 hektar ərazidə isə qarğıdalı əkilmişdi. Fermerlər məhsulun 2014-cü illə müqayisədə xeyli yüksək olduğunu, hər hektarda orta məhsuldarlığın 28 sentnerə çatdığını bildirirdi. Həmin il Əsgəran rayonunun “icra hakimiyyəti” başçısının müavini ümumi rayonda olan 22 kombayndan 19-nun Ağdamda işlədiyini bildirir. Bu da Əsgəran rayonu üzrə taxılın 95 faizinin Ağdam sektorunda əkildiyi anlamına gəlirdi. Bundan başqa, Ağdam ərazisindən narçılıq məqsədi ilə də istifadə edilirdi. 2017-ci ildə Qarabağa səfəri zaman Ermənistanın baş naziri Karen Karapetyan Qarabağda 200 hektar sahədə nar bağları salmaq niyyətində olduğunu bəyan etmişdi. Narçılıq üçün xüsusilə Şelli kəndi seçilmişdi. Bunun üçün bu əraziyə su kəmərinin çəkilməsi planlaşdırılırdı. Ağdamda bundan başqa göy soğan və kartof əkilirdi, qarpızçılıq da inkişaf edirdi.

2020-ci ilin mart ayında Arayik Arutyunyan “prezident” seçildikdən sonra Ağdamda da bəzi tədbirlər həyata keçirməyə başlayır. İyunun 12-də Ağdama səfər edən Arutyunyan taxıl biçini prosesi ilə tanış olur və burda keçirdiyi müşavirədə qısa müddətdə əraziyə yeni su kəmərlərinin çəkiləcəyini bildirir. Sentyabrın 13-də Ağdama səfəri zamanı isə Arutyunyan Dağlıq Qarabağ ətrafındakı rayonlarla bağlı daha qəti açıqlamaları ilə yadda qaldı: “Dövlət dəstəyi ilə bütün Ağdam böyük bir bağa çevrilməlidir. Bu, bizim bugünkü gündəliyimizdə duran əsas məsələdir və biz onu rəhbər tutmaq üçün artıq fəal addımlar atmağa başlamışıq.”

Həmin il ətraf rayonlarda məskunlaşmanın daha da intensivləşdirilməsi üçün qondarma qurumun büdcəsindən 800 min dollar vəsait ayrılır. 2019-cu ildə isə qondarma qurum rəhbərliyi artıq dağıdılmış Füzuli rayonu ərazisində yeni qəsəbələr salmaq və kənd təsərrüfatı torpaqlarından istifadə üçün yeni planları açıqlayır. Lakin bütün bunlar müharibənin baş verməsi ilə yarımçıq qalır.

Cəbrayılın 15 təsərrüfat olan Aşağı Sirik kəndi və 11 təsərrüfat olan Yuxarı Məzrə kəndinin əhalisi əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul olurdu. Çullu kəndində cəmi 3 təsərrüfat var idi.

Kəndlərdə əhali azalsa da, onların qondarma qurumun iqtisadiyyatında çəkisi get-gedə artırdı. Xüsusilə, 2010-cu ildən etibarən bu ərazi qonşu Qubadlı və Zəngilan rayonları ilə birlikdə əsas taxılçılıq bölgəsi kimi ixtisaslaşmağa başladı. Bu plan 2014-cü ildən etibarən rəsmi olaraq gündəliyə salındı. 27 yanvar 2014-cü il tarixində qondarma qurumun kənd təsərrüfatına yardım fondunun icraçı direktoru iqtisadi sahədə uğurların qarantı kimi Araz vadisi və Tumas yaylasındakı ərazilərdə həyata keçirilə biləcək layihələri görürdü: “Araz vadisi Qarabağ üçün bir növ kənd təsərrüfatı məhsullarının anbarına çevrilə bilər, bunun üçün orada mövcud olan əkin sahəsindən tam istifadə etmək lazımdır. Bu gün Hadrut rayonunda 27 min hektara yaxın və Kaşatağ rayonunun Tovmasar ovalığından Araz vadisinə qədər dövlət ehtiyat fondunun torpaqlarının (9 min hektar) potensialından tam istifadə olunmur.”

Ərazidə aparılacaq planlı işlərlə tanış olmaq üçün 2014-cü ilin iyun ayında qondarma qurumun baş naziri regiona baş çəkir. Həmin il Tumas yaylası və ətrafında 10 min hektara yaxın ərazidə taxıl biçini aparılırdı. Lakin həmin il yağan dolu 109 hektar buğda, 394 hektar arpa, həmçinin 40 hektar tərəvəz və bostan bitkilərinə ciddi ziyan vurmuşdu. 2015-ci ilin may aylarında Dağ Tumas ətrafında və Qubadlının, Zəngilanın da daxil olduğu bölgələrdə ümumi 1609 hektar sahədə biçin aparılır və 5814 ton arpa yığılır.

Lakin 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də məhsulun azalmasına təsir edən təbii proseslər baş verdi. Həmin ilin avqust ayında Çullu kəndinin taxıl sahələrində başlayan yanğın Qubadlıya qədər əraziyə yayılır. Yanğınsöndürən maşının da yandığı hadisə zamanı təbii fəlakət çox çətinliklə ram edilə bilir.

Taxıldan başqa Cəbrayılın bu sektorunda bostan və tərəvəz bitkiləri əkilirdi. 2016-cı ildə Dağ Tumas ətrafında 7 hektar sahədə soğan, 3 hektara yaxın sahədə qarpız əkilir. Erməni fermer müsahibəsində hər hektardan 30 ton soğan götürməyi planlaşdırdığını söyləmişdi. Ərazidə kənd təsərrüfatının intensiv inkişafı növbəti ildə də davam edir. “Kaşatağ vilayət administrasiyası”nın kənd təsərrüfatı şöbəsinin müdiri 2017-ci ilin aprelində verdiyi müsahibədə Həkəri çayının sol sahilindəki Tumas yaylasında 8 min hektara yaxın sahədə arpa, buğda, çovdar səpildiyini qeyd edirdi. 27 iyun 2017-ci il tarixində qondarma qurumun lideri Çullu kəndinə gəlir. Burada taxıl biçinini izləyən Saakyan məhsuldarlığın artması üçün əraziyə yeni kombaynların gətiriləcəyinə söz verir. Həmin dönəmdə Dağ-Tumas və Çullu kəndlərinin də daxil olduğu geniş bir bölgədə 23 min hektar sahədə taxıl sahəsi şumlanmışdı. Beləliklə, müharibəyə qədər bu əraziyə əhəmiyyətli iqtisadi region kimi baxılırdı. Cəbrayılın Araz vadisində olan ərazilərində yeni kənd təsərrüfatı regionları yaratmaq üçün Çullu kəndinin cənubunda yeni su anbarı tikilmişdi. Lakin bütün bu planlara müharibə mane oldu.

2018-ci il yanvarın 16-da kəndin ətrafındakı sahələri təmizləyərək oranı yararlı hala gətirmək üçün “Araks-Qoti” QSC şirkəti yaradılmışdı. İşlərin birinci mərhələsində 25 hektara yaxın üzüm bağları və 13,5 hektar sahədə yeni meyvə bağları (heyva və xurma) bərpa edilir. Bundan başqa, ərazidə yazlıq bitkilərin, xüsusən də qarğıdalı və günəbaxan səpilməsi nəzərdə tutulmuşdu. 2019-cu ildə qondarma qurumun kənd təsərrüfatı naziri Araksavanla bağlı gələcək planları bu formada görürdü: Qarabağın ən passiv kənd təsərrüfatı ərazisi 2014-cü ildə Araksavan qəsəbəsinin salındığı ərazidir. Burada 23 min hektardan cəmi 13,5 mini becərilmiş, qalan ərazilər çirklənmiş, kolluq və qamışla örtülmüşdür. Bu torpaqları yararlı etmək üçün hər hektara 300-350 min dram xərcləmək lazımdır. Torpaqdan əlavə, iki yerli kanalda kapital qoyuluşları etmək lazımdır. Bu ərazilər hökumət və səlahiyyətli orqanlar tərəfindən strateji hesab olunur, məqsədimiz bu ərazilərin məskunlaşdırılmasını təşkil etmək və kənd təsərrüfatı torpaqlarını tamamilə yararlı hala gətirməkdir. Bu iş uzunmüddətli böyük investisiyalar tələb edir və biz bu proqramı mərhələli şəkildə həyata keçirəcəyik.”

Cəbrayıl rayonunda işğal dövründə 3 yeni yaşayış məntəqəsi tikilmişdi. Onlardan biri və ən böyüyü olan Arajamuğ kəndi insanların məşğuliyyəti üçün isə 10 hektar nar bağı salınmışdı. Əhali bundan başqa kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdu. Cəbrayıl rayonundakı ikinci yeni yaşayış məntəqəsi Araksavan kəndi  Ermənistanın kənd təsərrüfatı naziri olmuş David Lokyan Araksavan layihəsi ilə bağlı təxminləri belə idi: “Bu ərazidəki üç min hektar ərazi Qarabağa təxminən 150 milyon dollarlıq ümumi məhsul verə bilər ki, bu da bugünkü “DQR” büdcəsinə bərabərdir. Bu hesablamalar məhsulun birbaşa satışı ilə deyil, emal yolu ilə aparılsa Araz vadisinin potensialı indiki büdcəni dörd dəfə keçə bilər. Araksavanda tikilmiş mövcud emal zavodu kimi yeni fabriklər, soyuducular və çeşidləmə zavodları yaradılarsa Araz vadisinin gələcəyi çox məhsuldar ola bilər və oradan bölgədə istehsal olunan məhsulları dünyanın istənilən yerə çatdırmaq mümkün olacaqdır.” 2019-cu ildə yaşayış məntəqəsi ərazisində 120 hektarlıq nar bağı salınır. Bu bağın suvarılmasında istifadə edilən müasir sistem ABŞ-dan gətirilmişdi və bir çox xüsusiyyətinə görə respublikada ilk hesab olunurdu. Ərazidəki bağların bir hissəsində damcı ilə suvarma üsulundan istifadə edilirdi. Vilayət administrasiyasının rəhbəri İvan Avanesyan əhalinin burdakı məşğuliyyəti barədə bunları deyir: “Araksavanda yay dözülməz dərəcədə isti keçir. Buna baxmayaraq, sakinlər bütün gününü tarlalarda və ya öz bağlarında keçirirlər. Çoxlu torpaq, çoxlu su və bütün il boyu kənd təsərrüfatı üçün əlverişli hava şəraiti. Burada görülən işlər dövlət əhəmiyyətlidir. Əsas məqsəd ölkəmizin cənub sərhədlərini möhkəmləndirmək, külli miqdarda buğda və digər məhsullar yetişdirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir.”.

Araksavandan başqa, bu ərazidə 2017-ci ildə yeni bir kənd salınır. Kəndin yaradılma təşəbbüskarı, öz ailəsi ilə burda məskunlaşan Avakyanın burada 26 baş iribuynuzlu mal-qarası var idi. Qondarma qurumun lideri ona təsərrüfat qurması üçün traktor hədiyyə etmişdi. Avakyan fermer olduğu müddətdə ərazidə şaftalı, ərik, gavalı, zeytun ağacları əkir. Su təchizatı və kommunikasiya məsələləri həll olunan ərazidə elektrik enerjisi çatışmazlığı isə günəş panelləri və dizel generatoru ilə təmin edilirdi. ünün strateji və iqtisadi ərazisi kimi görürdü və iqtisadi dayanıqlılıq üçün gələcək planlar hazırlayırdı.

 

Son xəbərlər
Digər xəbərlər