12 C
Baku
Saturday, November 23, 2024

İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb

İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Geoloji Ekspertiza şöbəsinin baş mütəxəssisi Nahid Məmmədov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

Onun sözlərinə görə, hazırda Ağdamda bərpa-quruculuq işləri ilə əlaqədar bir mişar daşı, üç qum-çınqıl yatağı olmaqla, dörd yataq istifadəyə verilib:

“Eyni zamanda, bir sement xammalı və iki üzlük daşı yatağının hərraca verilməsi planlaşdırır”.

N.Məmmədov həmçinin qeyd edib ki, görülən işlər çərçivəsində Füzulidə bir mişar daşı, bir qum-çınqıl yatağı olmaqla, üç yataq istifadəyə verilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər