2025-ci ilə qədər təxminən 1 milyon yerli və xarici turistin işğaldan azad olunan ərazilərə səfəri planlaşdırılır ki, bu da kifayət qədər böyük maliyyə vəsaiti deməkdir.
Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov bildirib.
“Yenidən bu turizm infrastrukturunun formalaşdırılması üçün kifayət qədər böyük investisiya tələb olunur. Təbii ki, dövlət bunun müəyyən hissəsini qarşılayacaq, amma bu prosesin içində investorları görmək istərdik”, – K. Qasımov bildirib.