29 C
Baku
Friday, June 14, 2024

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyənlərin sayı 2 mini keçib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün müraciət edən sahibkarların sayı artıq 2 mindən çoxdur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, müraciətlərin yarıdan çoxu investisiya yönümlüdür.

“Bu müraciətlər üzrə ümumi dəyəri 575 milyon manat olan layihələrin 299-u icra edilir. Bunun da 219-u bu gün fəaliyyət göstərir. 219 layihənin 89-u Qarabağ İqtisadi rayonunda, 130-u isə Şərqi Zəngəzur İqtisadi rayonunda reallaşdırılır. Bütün layihələr tətbiq edildikdən sonra, 1 879 şəxs işlə təmin ediləcək. Hazırda digər 80 layihənin icrası da yekunlaşmaq üzrədir”, – deyə Ə.Məmmədov qeyd edib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər