14 C
Baku
Friday, May 24, 2024

İşğaldan azad edilmiş ərazilərdə yerquruluşu və torpaq kadastrı işləri davam etdirilir

Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı, 19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib və 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.

Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı və yerquruluşu işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının həcminin, məqsədli təyinatına uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcək.

Bu ilin may ayından etibarən Laçın, Ağdam rayonları ilə yanaşı, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri aparılır. Bu işlər çərçivəsində Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı və 19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib. Müasir çöl ölçmə aparatlarından istifadə edərək 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub.

Həmçinin  Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Ağdam və Füzuli rayonları üzrə ümumilikdə, 541 531 hektar ərazidə çöl torpaq tədqiqatı, 490 060 hektar ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.

F 04 WhatsApp Image 2023 09 12 at 12.30.34 1

Son xəbərlər
 ⁠
Digər xəbərlər