30 C
Baku
Friday, July 19, 2024

İşğaldan azad edilmiş ərazilərin ilkin bərpa olunan enerji potensialı açıqlanıb

İlkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 427 ha olan 8 potensial ərazi seçilib.

Banker.az  xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun sədrliyi və nazirliyin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ və ətraf regionların hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işlər və atılacaq addımların müzakirəsinə həsr olunmuş iclasda bildirilib.

Bu ərazilərdə ümumilikdə 7 214 MVt  gücündə günəş elektrik stansiyalarının yerləşdirilməsi mümkün görünsə də, cənub ərazilərin bir hissəsinin kənd təsərrüfatı təyinatlı ola biləcəyi nəzərə alınaraq, burada ümumi potensial 4 000 MVt-dan yüksək qiymətləndirilir.

Daha sonra Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resursları nəzərdən keçirilib. Bildirilib ki, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatdan yüksək qiymətləndirilir və bu potensialın böyük hissəsi adıçəkilən rayonların Ermənistanla sərhəd zonalarına düşür. Belə böyük potensiala baxmayaraq, əlverişli infrastrukturun olmaması səbəbindən bu sahələrdə külək enerjisindən elektrik enerjisinin hasil edilməsi məsələsinin yerində araşdırma və tədqiqat işləri tələb etdiyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər