Dövlət Turizm Agentliyi (DTA) qarşıdakı 4 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək turistlərin sayını açıqlayıb.
Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxış edən Dövlət Turizm Agentliyinin Aparatın rəhbəri Kənan Qasımov deyib.
K.Qasımov qeyd edib ki, 2025-ci ilə qədər yerli və xarici turistlər birlikdə 1 milyona yaxın insanın azad edilmiş ərazilərə səfər etməsi nəzərdə tutulur.