4 C
Baku
Tuesday, December 24, 2024

İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə investisiyalar 53 % artıb

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan tikinti-quraşdırma işlərinə 6 milyard 141,787 milyon manat ayrılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 53,1 % çoxdur.

Məlumata görə, bunun 64,1 %-i və ya 3 milyard 937,536 milyon manatı Şərqi Zəngəzur iqtisadi rayonun, 35,9 %-i və ya 2 milyard 204,251 milyon manatı isə Qarabağ iqtisadi rayonun payına düşüb. Bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 82 % və 19,3 % çoxdur.

Hesabat dövründə Qarabağ iqtisadi rayonunda kənd təsərüffatı, meşə təsərüffatı və balıqçılıq sektoruna investisiya qoyuluşu 2 dəfə artaraq 54,123 milyon manata, sənayeyə 32,3 % artaraq 240,263 milyon manata, tikintiyə 3,3 dəfə arataraq 383,163 milyon manata, ticarət; nəqliyyat vasitələrinin təmirinə 57,4 dəfə artaraq 11,471 milyon manata, nəqliyyat və anbar təsərüffatına 7,9 % azalaraq 1 milyard 368,187 milyon manata, iqtisadiyyatın digər sahələrinə isə 2,6 dəfə artaraq 197,192 milyon manata çatıb.

2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonunda kənd təsərüffatı, meşə təsərüffatı və balıqçılıq sektoruna investisiya qoyuluşu 10,7 dəfə artaraq 294,245 milyon manata, sənayeyə 14,4 dəfə artaraq 678,628 milyon manata, tikintiyə 4,1 dəfə artaraq 893,564 milyon manata, nəqliyyat və anbar təsərüffatına 16 % artaraq 2 milyard 033,965 milyon manata çatıb, iqtisadiyyatın digər sahələrinə 36,7 % azalaraq 110,408 milyon manata enib, ticarət; nəqliyyat vasitələrinin təmirinə isə vəsait ayrılmayıb.

Son xəbərlər
Digər xəbərlər