14 C
Baku
Sunday, November 24, 2024

İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi – RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi əsasında yaradılan iki səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi hərbi qulluqçulara xidmət edir.

Bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.

“Qırx dörd günlük Vətən müharibəsi zamanı dünyada tüğyan edən COVID-19 pandemiyası ilə də mübarizə apardığımızı unutmamalıyıq. Hərbi tibb müəssisələrinin mülki səhiyyə xəstəxanalarının Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən Müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması demək olar ki, qeydə alınmayıb. Hazırda hərbi qulluqçular hərbi tibb və mülki səhiyyə müəssisələrində müalicə alırlar. Tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla xidmət göstərirlər. Azərbaycanın özəl səhiyyə xəstəxanaları, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər silahlı birləşmələrin hərbi tibb xidmətləri göstərən müəssisələri bundan sonra da dəmir yumruq kimi birləşərək Vətənə və yaralı əsgərlərə xidmət edəcək”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər