10 C
Baku
Thursday, December 12, 2024

İşğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitin auditi üzrə əsas nəticələr açıqlanıb

“Azad olmuş ərazilərdə ötən il dörd uyğunluq auditi aparılıb”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Sədr qeyd edib ki, bunun biri preaudit formasında, başqa sözlə, fiziki işlər tamamlanmamışdan əvvəl həyata keçirilib: “İki auditin nəticəsində 1.4 mln. manat vəsait bərpa edilib, bir audit üzrə isə görülən işlər tam və doğru sənədləşdirilmədiyi üçün təxirə salınıb. Preaudit yolların çəkilişi ilə bağlı ayrılan xərcləri əhatə edir. Layihə, smeta, ekspertiza, torpaqayırma, iş həcmi cədvəli və digər sənədlər paralel aparıldığından və bir biri ilə uzlaşmadığından Hesablama Palatasının Kollegiyası auditin nəticəsi olaraq bu sənədlərin yenidən işlənilməsi ilə bağlı audit obyektinə öz qərarını göndərib”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər