Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi nəzərdə tutulub.
Bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb.
Sənədə əsasən, bu işlər Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçiriləcək.