27 C
Baku
Wednesday, June 26, 2024

İşğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri  Pərviz Şahbazovla İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən “Banker.az”a verilən məlumata görə, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğu vurğulanıb. Bu baxımdan İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası,  şəhərsalma, ərazilərin minalardan təmizləməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi müzakirə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər