3 C
Baku
Saturday, December 14, 2024

İşğaldan azad olunmuş kənddə yeni emal müəssisəsi istifadəyə verilib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Bu barədə İqtisadi İnkişaf nazirliyindən məlumat verilir.

Məlumata götə, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində tikilmiş yem emalı müəssisəsində yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Cocuq Mercanli 2

Xatırladaq ki, bu Cocuq Mərcanlı kəndi 2016-ci ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən Erməni işğalından azad edilib.

Son xəbərlər
Digər xəbərlər