Alimlər müəyyən edib ki, insanın geyimi onun davranışına da öz təsirini göstərir. Onlar iddia edir ki, eyni bir insan əynində olan geyimdən asılı olaraq, özünü müxtəlif cür apara bilər.
«İşgüzar kostyum geyindikdə, biz nəinki ətrafdakı insanlara, həm də özümüzdə müəyyən təəssürat oyadırıq» -araşdırmamın müəllifi söyləyir. -«İşgüzar kostyum geyinmiş insan, həmin geyimlə assosiasiya olunan müsbət keyfiyyətlər əldə etməyə başlayır».
Geyimin insan davranışına təsirini müəyyən etmək üçün tədqiqatçılar eksperiment keçirmək qərarına gəlirlər. Onlar təcrübə iştirakçılarına ağ xələt geyinməyi təklif edirlər, bu zaman iştirakçılar bir qisminə xələtin rəssamlar üçün olduğu, digər qisminə isə həkim xələti olduğu söylənilir.
Əyinlərində həkim xələtinin olduğunu fikirləşən könüllülər maksimim dərəcədə diqqətlilik nümayiş etdiriblər. Adam Qalinski bunu onunla izah edir ki, həkimlər üçün diqqətli davranış olduqca xarakterik və zəruridir.
Öz növbəsində, əyinlərində rəssam xələtinin olduğu söylənilən iştirakçılar o qədər də diqqətli davranmasalar da, öz kreativliklərini üzə çıxarıblar.
Tədqiqatın müəllifi qeyd edir ki, belə bir araşdırma aparmağa onu sizin də yaxşı tanıdığınız, məşhur “Sipmsonlar” cizgi filmi sövq edib. “Simpsonlar”-ın seriyalarının birində belə bir epizod var ki, əyinlərinə boz məktəbli forması geyinmiş şagirdlər özlərini olduqca sakit aparır. Lakin şagirdlərin paltarını rəngbərəng edən leysan yağışından sonra, uşaqlar özünü tamamı ilə başqa cür aparmağa başlayır.
«Mən belə qənaətə gəldim ki, əynimizdəki geyimlər bizim davranışımıza olduqca müstəsna təsir bağışlayır, əgər əyninə qara futbolka geyinsən, sən özünü daha aqressiv aparacaqsan, lakin tibb bacısının xələti səni daha mərhəmətli və daha mülayim edəcək».
Əldə edilmiş məlumatlardan sonra Adam Qalinski inadla tövsiyə edir ki, bu və ya digər libası geyinməkdən öncə yaxşıca fikirləşin. Sizə bu gün daha çox hansı keyfiyyətlərin lazım olacağı haqda düşünün, ondan sonra bu gün nə geyinəcəyinizə dair qərar verin.