“İşgüzar Kredit İttifaqı” MMC 2023-cü ili 5 129 manat xalis zərər ilə başa vurub. İttifaq 2022-ci ili 4 991 manat xalis zərər ilə bağlamışdır ki, bu da illik müqayisədə zərərin 3% artması deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
2022-ci ildə İttifaqın gəlirləri 10 443 manat ikən, ötən il 8 868 manat (15% azalma) olub, inzibati xərcləri isə 15 434 manatdan 13 997 manata düşüb.
31 Dekabr 2023-cü il tarixində “İşgüzar Kredit İttifaqı” 69 284 manat cəmi aktivlərə malik olub ki, bu da 39% çoxdur.
Xatırladaq ki, “İşgüzar Kredit İttifaqı” 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 4 min manatdır və qanuni təmsilçisi Zöhrab Hacıyevdir.