22 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda işsizliyin səviyyəsi son 16 ilin maksimumuna yüksəldi

2020-ci ilin sonuna Azərbaycanda işsizlərin sayı tarixi maksimum yeniləməklə 375.9 min nəfərə yüksəlib. Bunu Banker.az rəsmi qurumlara istinadən xəbər verir.

Bu da son bir il ərzində işsizlərin 49.4% artım olması deməkdir.

Bu da 2020-ci ilin sonuna (ilkin) ölkə əhalisinin 7.7% əhalisinin işsiz olması deməkdir. Ötən ilin əvvəlində işsizliyin səviyyəsi 5.1%, ilk rübündə 5.2%, ikinci rübdə 6.9% və üçüncü rübdə isə 7.5% təşkil edib.

İşsizlərin sayı 2020-ci ilin 1 yanvarına 251.6 min nəfər, 1 aprel tarixinə 255.1 min nəfər, 1 iyul tarixinə 337.5 min nəfər və 1 oktyabr tarixinə isə 364.2 min nəfər olmuşdu.

Xatırladaq ki, işsizliyin səviyyəsinə görə (7.7%) 2005-ci ildən bu tərəfə bu ən yüksək rəqəmdir. Belə ki, 2004-cü ildə Azərbaycanda işsizlik səviyyəsi 8%, 2005-ci ildə isə 7.3% idi.

Tarixi maksimum isə 2000-ci ildə 11.8%-lə qeydə alınıb.

7865890pMəlumata görə, ölkədə məşğul əhalinin sayı isə 4 milyon 876.6 min nəfərdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər