“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e. Mustafayev İsi Yusif oğlu vəzifəsindən ayrılıb.
Banker.az-ın məlumatına görə, İsi Mustafayev PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) Baş direktorun müşaviri vəzifəsinə təyin edilib.
O, 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.
2000-ci ildən başlayaraq müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə çalışıb. 2021-2022-ci illərdə “Azərpoçt” MMC-nin Baş direktor müavini vəzifəsini icra edib. “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü olub.






