26 C
Baku
Saturday, July 27, 2024

İşi sadələşdirməyin yolları

İşə erkən başlayın.

İşə erkən başlamaq əsas sirlərdən biridir, belə ki, nə qədər ki, sakitçilikdir və telefon zəngləri, iclaslar, söz-söhbətlər başlamayıb siz bir çox tapşırığı yerinə yetirə bilərsiniz.

Vaxtı məhdudlaşdırın.

Bu gülməlidir ki, insanlar saatlarla işləyir və düşünürlər ki, onlar işi səmərəli şəkildə yerinə yetiriblər və çox şeyi çatdırırlar. Lakin bir problemin həllinə neçə saatlar sərf edirlər. Bunun əvəzində vaxtınızı məhdudlaşdırın və 6, yaxud 7 saatı limit olaraq təyin edin və bütün vacib işləri bu müddət ərzində yerinə yetirin. Düşündükdə ki, gün ərzində yalnız 6 saat işləyəcəksiniz, o zaman çalışacaqsınız ki, bütün vacib işləri həll edəsiniz və bununla da bu işlərə çox az zaman sərf edəcəksiniz. Zamanı məhdudlaşdırmaq işin effektliyini stimullaşdırır.

Qısa siyahı tərtib edin.

Etməli olduğunuz işlərdən ibarət uzun bir siyahı tərtib edin. Bundan sonra isə həqiqətən etmək istədiyiniz 2-3 işdən ibarət kiçik bir siyahı tərtib edin. Tapşırıqları seçərkən çalışın ki, elə iş seçəsiniz ki, gün ərzində onu yerinə yetirməkdən qürur duyasınız. Ən vacib işlərinizi mailinizi yoxlamamış və online oxumadan öncə yerinə yetirin.

Fikrinizi yayındıran şeyləri qruplaşdırın.

Diqqətinizi daha çox yayındıran nədir? Ola bilsin bu elektron poçtunuz, bloqları oxumaq, twitter və yaxud digər sosial şəbəkədir. Yaxşı olardı ki, bütün bunlara günün sonuna yaxın zaman ayırasınız. Bu zamana qədər fikrinizi işdən əlavə şeylərə yönəltməyin. Bütün əlavə şeyləri daha sonraya təxirə salmaqla siz ilk növbədə vacib olan işinizi tez bir zamanda yerinə yetirmək imkanı qazanacaqsınız.

Qısa məktublar yazın.

Əgər məktubların yazılması gününüzün böyük bir hissəsini məşğul edirsə, o zaman sadəcə hər bir məktub üçün 3 – 4cümlə təşkil edin və siz fərqi görəcəksiniz. Birincisi, məktubun yazılmasına və cavablandırılmasına ayırdığınız zaman qısalacaq. İkincisi isə, məktublara gələn cavablar da qısalacaq və siz onları oxumağa çox zaman sərf etməyəcəksiniz.

Fasilələr edin.

Hər 15-20 dəqiqədən bir iş masanızdan qalxaraq fasilələr edin. Bu fasilə ərzində istəsəniz ofis içərisində gəzişə, istərsəniz də ən yaxşısı çölə çıxıb təmiz hava ala bilərsiniz. Gəzişin və bu zaman qan dövranı bərpa olunacaq. Gərginlik hiss etdiyiniz anda isə çiyninizi və boynunuzu masaj edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər