9 C
Baku
Sunday, November 17, 2024

İŞİD Rusiyadakı terrorun məsuliyyətini öz üzərinə götürüb

İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə terror qruplaşmasının teleqram kanalında bildirilib.

Terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.

Bununla belə, Ümum-Rusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin jurnalisti Andrey Medvedev isə bunun feyk olduğunu iddia edib. Onun fikrincə, bu kimi bəyanatları ciddiyə almaq lazım deyil:

“İslam Dövlətinin rəsmi teleqram kanallarında heç bir məlumatın olmaması ilə yanaşı, Əfqanıstan özəklərinin resurslarında da heç bir açıqlama yoxdur. Üstəlik, hazırda İŞİD hətta Yaxın Şərqdə belə təsirsiz bir strukturdur ki, heç bir rəsmi bəyanat belə 100 faiz ciddiyə alınmamalıdır”.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 80 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Son xəbərlər
Digər xəbərlər