20 C
Baku
Monday, October 7, 2024

İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər

Üsamə bin Ladenin təsviri yerləşdirildi.

Terrorçu İŞİD qruplaşmasının tabeliyində olan xaker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.

Oxu.Az xəbər verir ki, hücuma “Əmrahbank”ın amrahbank.azamrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.

Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı  təqdim olunur.

Saytın İslamic cyber army adlanan xaker qrupu tərəfindən sındırıldığı bildirilir.

Öz növbəsində Əmrahbank-dan Oxu.Az-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.

screenshot-whitburnacademy.org 2015-09-11 10-00-26

screenshot-whitburnacademy.org 2015-09-11 10-03-49

Son xəbərlər
Digər xəbərlər