11 C
Baku
Wednesday, November 13, 2024

“İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır”-Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankı (AMB) daxili bazarda valyuta intervensiyasını mövcud qrafik əsasında həyata keçirir. Banker.az xəbər verir ki, AMB sədri Elman Rüstəmov bunu “Report”un sualını cavablandırarkən deyib: “Bizim öz qrafikimiz var və bazara valyutanı bu qrafiklə çıxarırıq”.

E.Rüstəmov ölkədəki kommersiya banklarının cari tələbata uyğun həcmdə valyuta aldığını da açıqlayıb: “Banklarda aparılan sorğular onu göstərir ki, banklar demək olar ki, tələbatlarına uyğun valyuta əldə edir. Gördüyünüz kimi, burada başqa proses getmir. Bu gün də hərrac var və biz lazım olan qədər valyutanı hərraca çıxaracağıq. Onu da qeyd edim ki, AMB valyuta təchizatçısı deyil, requlyatordur. İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır”.

Son xəbərlər
Digər xəbərlər