10 C
Baku
Thursday, December 12, 2024

İşinizə effektlik qatın!

Bunu necə edə bilərsiniz deyə düşünürsünüzsə, oxumadan keçməyin

Gec saatlara qədər işləməyin:

Uğur qazanmış insanların heç də hamısı bütün günü iş masası arxasında keçirməyib. Məsələn, filosof olan Mişel Fuko yalnızca 9:00-15:00-a qədər işdə olardı. Betxoven isə günəşin doğuşundan günorta saatlarına qədər işləyərdi. Onlardan heç biri hətta 12 saatlıq işlə özünü yükləməyib.

Daha çox istirahət edin:

Ən məşhur iş adamları və gördükləri işlərlə daim göz önündə olmuş insanlar hətta ən qısa müddətli iş zamanı belə işi yarıda qoyaraq fasilə elan etmişlər. Sokrat hətta küçədə getdiyi an qəfildən dayanıb, bir neçə dəqiqə ərzində yerindən hərəkət etmirdi. Bethoven isə məlum olduğu kimi, səhərlər qısa müddətli qaçışla məşğul olur və yaxud sadəcə gəzintiyə çıxardı. O bu cür zaman keçirməsini “gəzinti zamanı iş” adlandırırdı. İşlə artıq şəkildə yükləndiyinizi hiss etdiyiniz həftələrdə gün ərzində bir neçə saatlıq işdən uzaqlaşın və beyninizə istirahət verin.

Fasilə edin və yeyin!:

Churchill daim masa arxasına əyləşmədən öncə duş qəbul edir və xüsusi şəkildə geyinərdi. Yüksək templi müasir həyatımızda isə nahar fasiləmiz də yüksək tempə məxsusdur ki, bunun ardınca yenidən iş masamızın arxasında əyləşməyə tələsirik.

Gecə yarısı işləməyin:

Əlbəttə ki, hər bir halda istisnalar mövcuddur, lakin dahilərin əksəriyyəti gecə yarısına qədər işləməmişlər. İş məhsuldarlığı və fiziki sağlamlığınızı düşünürsünüzsə öz qeydinizə qalın.

Son xəbərlər
Digər xəbərlər