5 C
Baku
Friday, January 10, 2025

İşinizi itirməyin ən yaxşı üsulları

Karyera ilə bağlı əksər məsləhətlər əsasən uğur əldə etməyin sirləri ilə bağlı olur. Lakin karyera nailiyyətlərini məhv etməyin üsullarını bilmək də bir o qədər faydalıdır. Karyera pilləkənlarından aşağıya yuvarlanmağın ən yaxşı üsullarını diqqətinizə çatdırırıq.

Ünsiyyət bacarığının olmaması, nalayiq insani keyfiyyətlər. iqtisadiyyatın müxtəlif sahələrində aparılmış tədqiqatlar onu göstərdi ki, həmkarlar ünsiyyətdə xeyirxah, sevimli və xoşagələn işçilərə üstünlük verirlər. Professionallıq və ixtisaslaşma ikinci dərəcəlidir. Deyingən, şıltaq, kobud və ümidsizliyə meylli işçilər gec və ya tez izolyasiyada qalırlar.

Komandada işləyə bilmək bacarığının və ya istəyinin olmaması. Uğurlu biznesin əsas şərti əməkdaşlıq etməyi, səlahiyyətləri bölüşdürməyi bacarmaqdan ibarətdir. Sərbəst şəkildə ciddi uğura nail olmaq hazırda çox çətindir.

Ləngimə, məsuliyyətsizlik. Çox gözəl yerinə yetirilmiş tapşırığın hətta ən cüzi ləngiməsi belə müdiriyyətdə narazılıq yarada bilər. Növbəti dəfə vacib iş sizdən daha bacaqsız lakin, daha məsuliyyətli işçiyə tapşırıla bilər.

Qapalılıq. Belə insanlar özlərini qiymətli informasiya mənbələri və həmkarların dəstəyindən məhrum edirlər, iş mühitinə oriyentasiya ola bilmirlər. Bununla da, onlar karyerada yüksəlmək şanslarını özləri geri çevirmiş olurlar.

Xoşagəlməz xarici görünüş. Cazibədar görünüş insan münasibətlərində vacib rol oynayır. Xoşagəlməz xarici görünüşü olan insanlara daha az etibar edirlər.

Işdə şəxsi məsələlər. Bir çox rəhbərlər personalın yazışmalarını izləyir, kommunikasiyanın xidməti vasitələrindən istifadə prosesinə nəzarət edirlər. İşdə şəxsi məsələləri çox qabartmayın – onun məxfiliyinə heç kim qarantiya vermir.

İşdə məhəbbət macərası. İşdə intriqaların baş verməsi əsasən ailəli insanlar üçün ziyandır. Belə insanlar tez bir zamanda işdəki nüfuzunu, tərəfdaş və həmkarlarının inamını itirir. Subay olanlara gəldikdə isə, onlar qərəzli insanların və qeybətçilərin diqqət mərkəzində olmaq ilə riskə gedirlər.

Məqsədin olmaması. Uzunmüddətli məqsəd müəyyən edin, öz fəaliyyətinizi qeyd edilmiş məqsədə əsasən planlaşdırın. Onda sizin aktivliyiniz təsadüfi nəticələri olan sonu olmayan mənasız bir fəaliyyət olmayacaq.

Risk etməmək, uğursuzluqdan qorxmaq. Əgər siz özünüzə inanmırsınızsa, onda başqaları sizə niyə inanmalıdır? Ağılsız avantürizmdən uzaq olun, lakin ağılla da risk etməyi bacarın. Həmişə ehtiyatlı davranmaq bir neçə dəfə səhv etməkdən daha zərərlidir.

Diqqətsizlik. Həmkarlarla ünsiyyətdə müəyyən həddi gözləyin. Danışığınıza fikir verin. Şayiə, nəzakətsiz zarafat, rəhbərliyin kuluar tənqidindən uzaq olun. Söz azadlığından sui-istifadə karyeranızı itirməklə nəticələnə bilər.

Son xəbərlər
Digər xəbərlər