Bu məqalə işini sevməyən insanlara şamil edilir. Qəbul edək ki, hazırda öz işindən məmnun olan insanların sayı işini sevməyən insanların sayından azlıq təşkil edir.
Bəs siz işinizi nəyə görə sevmirsiniz? Aşağıda sadaladığımız səbəblər sizin səbəblərinizə uyğun gəlirmi?
İş artıq vərdişə çevrilib:
Universiteti bitirdikdən sonra nə edəcəyinizi təxmin belə etmədən dərhal işə başladınız. Artıq siz işləyirsiniz və bu iş uzun illər davam edəcək. Ola bilsin əmək haqqınız yaxşıdır, lakin yenə də işiniz can sıxıcı, vərdiş xarakterlidir.
“Sağ qalmaq” üçün iş:
İnsan ilk öncə yaşamaq üçün lazımi pulu qazanmaq üçün işləyir. Qida, geyim, mənzil haqqı – bütün bunları yalnız işlə əldə etmək mümkündür. Aydındır ki, heç kimə “sağ qalmaq üçün işlə” prinsipi xoşdur.
İş nəticələr vermir:
İşini sevməyələrin növbəti bir aktual səbəbi də var. Bu heç bir nəticələrin olmamasıdır. Heç kimə sirr deyil ki, gərgin əməyin qarşılığında yüksək nəticələr əldə etmək və karyera pilləsində irəliləmək hər birimizin arzusudur. Lakin uzun illər boyu heç bir nəticə olmadan və “yerinizdə saymaqla” öz işinizi sevməməkdə haqlısınız.
Əvvəlki iş daha yaxşı idi:
İşimizi sevməmək üçün geniş yayılmış səbəblərdən biri də sevdiyimiz işi maraqsız bir işə dəyişməkdir.