May ayının sonunadək “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektrik sayğacların SMART-kartların balansını artırmaq mümkün olacaq. Bunu ASC-dən deyiblər.
ASC-dən bildirilib ki, abonentlər bu əməliyyatları smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucular vasitəsilə apara biləcəklər.
“Cihazlar artıq sifariş olunub və may ayının 12-dək ölkəyə gətiriləcəklər. Daha sonra xidmət sınaqdan keçirilərək istifadəçilərin ixtiyarına veriləcək. Satışa çıxarılacaq kart oxuyucuların qiyməti 18-20 manat civarında olacaq”, – deyə “Azərişıq”dan qeyd ediblər.
ASC-dən əlavə olaraq bildirilib ki, yeni xidmət yalnız istismarda olan 300 min ədəd “PoudRaad” şirkətinin sayğaclarının SMART-kartlarına şamil olunacaq.
©APA