Türkiyənin İskəndərun limanında zəlzələ nəticəsində başlayan yanğın söndürülüb.
Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ərazidəki mindən çox konteyner bir-bir yoxlanılır.
Limanın reabilitasiyasının sürətlə başlanacağının vurğulandığı məlumatda dənizçilik fəaliyyətlərinin yenidən başladığı vurğulanıb.