İşləməyə həvəs və güc olmadıqda nə etməli?

Nə qədər motivasiyalı olmağınızdan asılı olmayaraq, hər birimizin yerinə yetirmək istəmədiyimiz vəzifələr var. Biz onları darıxdırıcı, mənasız, vaxt aparan, qıcıqlandırıcı və narahatedici hesab edə bilərik. Belə hallarda nə etməli?

İlk addım – motivasiya yüksək olsa da, həyəcanlanmayın. Əslində, motivasiya müəyyən bir şəkildə hərəkət etdiyinizin səbəblərdən biri və ya bir neçəsidir. “Niyə?” sualına arqumentləşdirilmiş cavab versəniz, sevinc yaşamadan belə bir şey etmək qərarına gələ bilərsiniz. 

Məsələn, siz bir şeyi etmək qərarına gəlirsiniz, çünki bu:

– narahatlığı azaldacaq;

– sizə qayğı göstərən birinə kömək edəcək;

– maliyyə qazancı verəcək;

– mənfi nəticələrin qarşısını almağa kömək edəcək;

– özünü yaxşı hiss etməyə imkan verəcək;

– zehni təmizləməyə kömək edəcək;

– stressi azaldacaq;

– dəyərlərinizə uyğundur;

Bu, gündəlik həyatda aşağıdakı kimi səslənə bilər:

“Mən filan şeyi etmək istəmirəm. Ancaq etsəm, böyük qazanc alacağam və seçimimdən məmnun qalacağam”. 

Və ya: “Mən filan şeyi etmək istəmirəm. Ancaq etsəm, müdirim məmnun qalacaq və onunla şəxsi görüşlərdə özümü rahat hiss edəcəyəm”. 

Və ya: “Mən filan şeyi etmək istəmirəm. Ancaq bu işdə irəliləsəm, gələn həftə narahat olmayacağam”. 

Bu və ya digər işi yerinə yetirmək üçün motivasiyamız olmasa da, son nəticəni təsəvvürümüzə gətirib daha əhəmiyyətli bir səbəb tapa bilərik. 

Uğura doğru ikinci addım, emosional baxımdan gücünüz qalmayan bir dövrdə strategiya hazırlamaqdır. Tapşırıqdan və dəqiq işləməyinizdən asılı olaraq aşağıdakı strategiyaların birindən istifadə edə bilərsiniz. 

Birincisi, bu prosesə digər insanları cəlb edə bilərsiniz. Müsbət sosial təzyiq məqsədə çatmaq üçün lazımi təkan verəcəkdir. Siz tapşırığın bir hissəsini başqalarına həvalə edə, məsuliyyəti öz üzərinizə götürə, habelə işləyən insanların əhatəsində ola bilərsiniz. Məhz bu səbəbdən bir çox insan kitabxanada və ya insanların çox olduğu kafelərdə işləməyi sevir. 

İkincisi, siz işinizi yenidən qura bilərsiniz. Nümunədə təsvir olunan strategiyalar, sizə irəliləməyin çətin olduğu bir vəziyyətdə təkan rolunu oynayacaq. 

  1. Həmişə aşağı tezlikli fəaliyyəti yüksək tezlikli fəaliyyətdən üstün tutun. Məsələn, birinci xərclərin hesabatı hazırlayın, sonra elektron poçtu yoxlayın. 
  2. Qrafik qurun. Hər həftə iki-üç saatınızı planlaşdırmaya xərcləyin və hər zaman bu qrafikə riayət etməyə çalışın. 
  3. Tapşırığa həsr edəcəyiniz müddəti təyin edin. Məsələn, özünüzə deyin: “Bu məsələ üzərində gündə 10 dəqiqə çalışacağam, sonra istəsəm qırağa qoya bilərəm”. 
  4. Plankanı həddindən artıq qaldırmayın. Müəyyən bir tapşırıq üçün həftədə bir addım kifayət ola bilər. 
  5. Edin. Özünüzə deyin: “Mən bu vəzifəni tamamilə bitirmək istəyirəm, buna görə bütün günümü ona həsr edəcəyəm”. 

Üçüncüsü, xoşlamadığınız işləri xoşladığınız bir şeylə  birləşdirməyə çalışın. Məsələn, hava imkan verirsə, təqdimatınızı sevdiyiniz kafedə və ya parkda hazırlaya bilərsiniz. Əslində, seçim çoxdur: musiqi və ya podkast dinləmək, fiziki hərəkət etmək və s. 

Əlbəttə ki, bu strategiyalardan birini və ya bir neçəsini tətbiq edib dərhal mükəmməl nəticə əldə edə bilməsəniz də, yavaş-yavaş məqsədlərinizə doğru irəliləmiş olacaqsınız. 

Müəllif haqında. Elizabet Qreys Sonders (Elizabeth Grace Saunders) Real Life E Time Coaching & Training şirkətinin təsisçisi, How to Invest Your Time Like MoneyDivine Time Management kitablarının müəllifi.