17 C
Baku
Friday, November 1, 2024

İşləməmək həvəsinə necə qalib gəlmək olar?

İşdə keçirdiyiniz saatları bir “cəhənnəm əzabı” olaraq qəbul edirsinizsə narahat olmağa tələsməyin. Heç də hər şey itirilməyib. Beləliklə, işə qarşı həvəssizliyin öhdəsindən necə gəlmək olar?

Mobil telefonunuzu unudun: Ən əsasından başlayaq. İşdə mobil telefonunuzu unudun. Daim gələn zənglər, mesajların fikrinizi işdən yayındırmasına imkan verməyin. İşə gəldikdə telefonunuzu bacardığınız qədər uzağa qoyun və istifadə etməməyə çalışın. Nəticəni özünüz hiss edəcəksiniz.

Rəqs etməyə başlayın: Ofis işçisinin fiziki yükü onu bir çox həyati əyləncələrdən uzaq salır. Unutmayın ki, həyat hərəkət deməkdir. Hərəkətə işlə keçməyə həvəsiniz yoxdursa bunu sevdiyiniz üsulla edin. Rəqs edin və gerisi gələcək.

Tədbirlərə öncədən hazırlaşın: Korporativ tədbirlərə, şənliklərə hər kəsdən öncə hazırlaşın. Siyahını tutun, dəvətliləri nəzərdən keçirin və s. Yox əgər korporativ hazırlıqlara birbaşa “çıxışınız” yoxdursa buna görə məsuliyyət daşıyan əməkdaşa yaxınlaşın. İnanın ki, onlar öz işini sizinlə bölüşməyə çox şad olacaqlar.

Əgər heç bir şey kömək etmirsə, ən son plana baş vurun, yəni istefa ərizənizi yazın. Əgər bütün gününüzü fəda etdiyiniz iş sizə xoşbəxtlik gətirmirsə, unutmayın ki, fiziki və psixoloji sağlamlığınız bundan daha dəyərlidir.

Son xəbərlər
Digər xəbərlər