12 C
Baku
Saturday, November 22, 2025

İşləməyən şəxslər aylıq 16 manat icbari tibbi sığortahaqqı ödəyəcəklər

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcəklər. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq.

Bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib ki, həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.

Bildirilib ki, bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək.

“Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliklər qeyri-formal işlə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu, əmək müqaviləsi olmadan çalışaraq gəlir əldə edən, kənd təsərrüfatı sahəsində çalışan, amma VÖEN-i olmayan, əmək fəaliyyətini rəsmiləşdirməyən şəxslərdir. Həmin şəxslər ümumi reysterdə müəyyənləşdirilə bilir.

Son xəbərlər
Digər xəbərlər