Vəzifə: Bankın İşlər İdarəsinin Metodologiya şöbəsinin aparıcı mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Ünvan: Bakı şəhəri, Inşaatçılar prospekti, 22L, AZ1006
Namizədə dair tələblər:
• Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil arzu olunandır);
• Kredit təşkilatlarında minimum 2 il iş stajı (bank təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasının bank fəaliyyətinin tənzimlənməsinə dair normativ xarakterli aktları sahəsində biliklər;
• Bank məhsul və xidmətlərinin tətbiqi sahəsində bilik və təcrübə;
• Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• MS Office məhsulları üzrə bilik və vərdişlər, (xüsusi ilə “Word”);
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.
İşin təsviri:
• Bank məhsullarını və biznes prosesləri tənzimləyən reqlament aktlarının hazırlanması;
• Bankın yeni və mövcud normativ aktlarının yerli qanunvericiliyin tələblərinə uyğunlu-ğunun ekspertizası;
• Bank məhsullarının və xidmətlərinin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması;
• Yeni bank məhsulları və xidmətlərinin yaradılmasına dair təkliflərin hazırlanması.
QEYD:
Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34