17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

İslam Əməkdaşlıq Təşkilatı Əlcəzair və Mərakeşə çağırış edib

Screen Shot 2021 09 02 at 14.34.20

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) diplomatik əlaqələrini kəsmiş Əlcəzair və Mərakeşə çağırış edib.

“Anadolu” xəbər verir ki, Əlcəzairin Mərakeşlə diplomatik əlaqələrini kəsdiyi haqda məlumatdan sonra İƏT Baş Katibliyi vəziyyəti izləməyə başlayıb.

İki ölkənin ali maraqlarına və mehriban qonşuluq prinsipinə sadiq qalmalı olduğu vurğulanıb.

“Mərakeş və Əlcəzair tarixin və ortaq maraqların birləşdirdiyi, İƏT-in fəal üzvlərindən olan iki ölkədir. Biz tərəfləri fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsinə çağırırıq. Əlcəzair və Mərakeş dialoq dilini mənimsəməlidirlər”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, dünən Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Mərakeşin Əlcəzairdəki terror qruplaşmalarını dəstəklədiyini və “son dövrlərdəki düşməncə hərəkətlər”i əsas gətirərək ölkəsinin Mərakeşlə bütün diplomatik əlaqələri kəsdiyini bəyan etmişdi.

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər