9 C
Baku
Friday, December 13, 2024

İslam bankçılığı ilə işləyən banklarımız hansılardır?

Bildiyimiz kimi hazırda ölkəmizdə kredit faizləri olduqca yuxarıdır. Təbii ki, bu şərtlər altında kredit götürmək də problemlərə gətirib çıxarır. Bu səbəbdən də ölkəmizdə İslam bankçılığı tətbiq olunan bankların çox olması arzuolunan haldır. İslam bankçılığı ilə verilən kreditlədə faizlər tələb olunmur.

Qeyd edək ki, dünyada ilk müasir islam bankı 1975-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılan Dubay İslam Bankı olub. İslam bankçılığını tənzimləyən ilk qanunvericilik isə 1983-cü ildə Malayziyada qəbul edilib.

Bank əməliyyatları İslam normalarına uyğun aparıldığı zaman banklar gəlir əsasında işləyir, amma kreditə faiz almırlar. Bu zaman banklar üç istiqamətdən gəlir əldə edə bilirlər. 1. ticarət etməklə, 2. icarəyə götürməklə , 3. müqavilələri birbaşa maliyyələşdirməklə.

Ümumiyyətlə İslam bankçılığının xüsusiyyətləri:

  • maliyyə bazarlarda maddi aktivlərə əsəslanan əməliyyatların aparılması;
  • pulların əmtəə şəkilində istifadə edilə bilməməsi;
  • faiz hesablanması metodu əsasında maliyyələşdirmələrin aparılmaması;
  • İslam dini ilə qadağan olunmuş məhsulların istehsalı, ticarəti ilə bağlı xidmət növlərinin maliyyələşdirilməməsi. (Məsələn, spirtli içkilərin, donuz əti məşəli məhsulların istehsalı, qumar oyunları, və s.)
  • maliyyə bazarlarında bütün əməliyyatların şəffaf və aydın xarakterdə aparılması və beləliklə maliyyə bazarlarda sabitliyin və etibarlılığın təmin olunması üçün şəraitin yaradılması.

İslam bankçılığının əsas prinsipləri isə iqtisadi münasibətlər əsasən tərəfdaşlıq prinsiplərinə söykənir. Yəni, şəriklik prinsipi əsasında aparılan investisiya layihələrində bank, mənfəətlə yanaşı, biznes prosesində əmələ gələn zərərləri də müştəri ilə bölüşdürür. Bu da, öz növbəsində hər iki tərəfin məsuliyyətini ikiqat artırır. Həmçinin, İslam bankçılığı, bütün müqavilələrdə, gələcəkdə iqtisadi mübahisələrin yaranmasına səbəb ola biləcək qeyrimüəyyənlik xarakterli müddəaların mövcud olmasına yol vermir.

Hazırda isə ökləmizdə də getdikcə islam bankçılığı inkişaf edir. Onların aktivləri hər il orta hesabla 10-15 faiz artır. İslam maliyyə institutlarının orta gəlirliliyi 10-20% ətrafında dəyişir.

Azərbaycanda İslam bankçılığının tətbib olunmasına gəldikdə isə, qeyd etmək istərdik ki, ölkəmizdə üç bank – Azərbaycan Beynəlxalq Bankı, Turan Bank və Amrahbank İslamın İnkişaf Bankına müraciət ediblər.

Belə ki, Azərbaycan Beynəlxalq Bankı– 2012-ci ilin avqust aylnda rəsmi olaraq Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı strukturunun açılışı haqda elan edilmişdir.

Bank ilk növbədə kiçik və orta biznesin maliyyələşdirilməsi, korporativ müştəri və pərakəndə xidmətlər seqmentləri, avtomobil və daşınmaz əmlakın maliyyələşdirilməsi, kredit kartları və istehlak maliyyələşdirilməsi nəzərdə tutub. Xüsusən beynəlxalq fəaliyyətə, daha dəqiq, Azərbaycana investisiyaların cəlb edilməsinə və Azərbaycan ixracının beynəlxalq bazarlarda artırılması məqsədilə ixrac əməliyyatlarının maliyyələşdirilməsinə diqqət ediləcək.

TuranBank – bankın 2012-2015 –ci illərdə strategiyasının əsas hədəflərindən biri “İslam Bankçılığı” pəncərəsinin tətbiq edilməsidir.

Belə ki, Bank İnkişaf Bankı qrupu ilə 2006-cı ildən məhsuldar danışıqlara başlamış, 2008-ci ildə kiçik və orta sahibkarlığın islam meyarları əsasında 6 illik 1 il güzəşt müddəti olmaqla 1 mln. ABŞ dolları məbləğində maliyyələşmə xəttini əldə etmişdir. Hazırda uğurlu əməkdaşlığın nəticəsi olaraq TuranBank və İİB qrupu arasında ümumi maliyyələşmə xəttinin həcmi 8,8 mln. ABŞ dolları məbləğindədir.

Hal hazırda Bank, hər 2 qurum vasitəsilə cəlb olunan vəsaitləri İslam Bankçılığı çərçivəsində Kiçik və Orta Sahibkarlıq subyektlərinə təklif edir. Eyni zamanda Bank, özünün Strateji Planına müvafiq olaraq 2015-ci ilədək İslam Bankçılığı pəncərəsini yaratmağı planlaşdırır ki, bu da İslam Bankçılığını nəinki Kiçik və Orta Sahibkarlıq subyektlərinə, eyni zamanda pərakəndə yönümdə də tətbiqinə geniş şərait yaradacaqdır.

Bankın İslam Bankçılığı məhsulları sayılan Murabaha və İjara (Maliyyə Lizinqi) məhsulları Kiçik və Orta Sahibkarlıq subyektlərinə 2 istiqamətdə təqdim edilir.

1.   Uzunmüddətli investisiya yönümlü layihələrin maliyyələşdirilməsi
2.   Qısamüddətli ticarət əməliyyatlarının maliyyələşdirilməsi

Uzunmüddətli investisiya yönümlü layihələrin maliyyələşdirilməsi əsasən 5 illik dövrü əhatə edir və müştəriyə 1 ilədək güzəşt verilməsi nəzərdə tutulur. Qısamüddətli ticarət əməliyyatlarının maliyyələşdirilməsi isə 1 illik dövrü əhatə edir.

Amrahbank – hazırda Amrahbankda bu ilin sonuna kimi İslam Bankçılığı məhsullarının tətbiqinə başlanması nəzərdə tutulur. Amrahbank məhsul kimi isə lizinq məhsullarının islam Bankçılığı prinsiplərilə tətbiqi planlaşdırılır. Bank hazırda məhsulların hazırlanması mərhələsindədir.

Sonda onu da qeyd edək ki, hazırda ölkəmiz əksəriyyətinin islam dininnə sitayiş etməsini nəzərə alsaq, bu məsələnin daha da aktuallaşacağını görə bilərik. Çünki banka kredit üçün müraciət edən bir sıra şəxslər dinimizdə də qeyd olunduğu kimi faizlərlə kreditlərin verilməsi yasaq olduğu üçün, bəziləri isə təklif olunan yüksək kredit faizləri əldə etməkdə çətinlik çəkdikləri üçün bu kreditləri əldə etməkdən imtina edirlər. Bu səbəblərdən də yaxın gələcəkdə ölkəmiz digər bəzi banklarında da İslam Bankçılığı ilə kreditlərin veriləməsi tətbiq olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər