“İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə təlim keçiriləcək

0

14-17 sentyabr 2018-ci il tarixində Bakıda keçiriləcək “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı treyninq programına qeydiyyat davam edir. Sözügedən programa artıq Azərbaycanın qabaqcıl maliyyə institutlarından olan Xalq  Bank, Bank of Baku, Silk Way Bank, Turanbank, Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyi, AXA MBASK sığorta təşkilatı və bir sıra  qurumlar maraq gösətmişdir.

Qeyd edək ki, treyninq yerli təşkilat olan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin və beynəlxalq tərəfdaş Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin (Birləşmiş Ərəb Əmirlikləri) birgə təşkilatçılığı ilə həyata keçirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Treyninqin keçirilməsində məqsəd Azərbaycanda islam bankçılığı, maliyyəsi və sığortası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Treyninq 3 hissədən ibarət olacaqdır. Belə ki, 14-15 Sentyabr – İslam Bankçılığı və Maliyyəsi, 16 Sentyabr – Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi, 17 Sentyabr – İslam sığortası (Təkafül) mövzusunda keçiriləcəkdir.

Sonda iştirakçılara Malayziya Maliyyə Akkreditasiya Agentliyinin Beynəlxalq dərəcəli sertifikatı veriləcəkdir.

Qeyd edək ki, treyninqin təşkili və iştirakçıların yazılması işi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən aparılır.