6 C
Baku
Thursday, November 7, 2024

İslam Bankçılığın özəllikləri və Azərbaycanda perspektivləri

Müəllif: Abdulla Əlixanov,  İsveç Krallığı, Lund Universiteti, İqtisadiyyat və İdarəetmə məktəbi,  Maliyyə dərəcəsi üzrə maqistr tələbəsi

Azərbaycan Respublikası müstəqillik əldə etdidən sonra iqtisadiyyatın bir çox sahələri sürətlə inkişaf etməyə başlamışdır.

Bank sisteminin ikişaf tepmini bu arada xüsusi vurğulamaq lazımdır. Xüsusilə qeyd etməliyik ki, bank sistemi iqtisadiyyatın digər sahələrinə nisbətən daha sürətli və azad rəqabət sahəsində inkişaf etməkdədir. 

Buna əyani bir misaldır ki, artıq Azərbaycanda komersiya bankları uğurla fəaliyyət göstərir, və illər üzrə artım istiqamətində irəliləməkdədirlər. Həmin bu banklar nəinki yerli kapitalı həmçinin, xarici kapitalı da öz fəaliyyətlərinə cəlb edə etmiş və etməkdədirlər. Önəmli hal həmçinin odur ki, həmin xarici kapitaldan asıllılıq getdikcə azalmaqdadır. Bundan əlavə günü-gündən inkişaf edən bank sistemi yeni sistem, innovasiyalar və əməliyyatları öz fəaliyyət proseslərinə cəlb etməkdədir. Bu fəaliyyət sahələrindən biri məhz İslam Bankçılığının Azərbaycanda inkişaf etdirilməsidir. Bu bankçılıq sistemi bizim üçün demək olar ki, yenidir və onun üçün bugünki gündə aktual mövzulardan biri hesab olunur. Lakin bu sistemi qeyd edərkən maraqlı suallar meydana çıxır. Belə ki, axı bu İslam bankçılığı nədir? Digər bankçılıq sistemlərindən o nə ilə fərqlənir? Azərbaycanda bu sistemin inkişaf perspektivləri hansılardır? Bu kimi sualları, qarşıda aydınlıq gətirməyə çalışacam.

İlk öncə deyək ki, İslam Bankçılığın yaranma tarixi 10-12-ci əsrlərə Ərəb xəlifələrinin  hakimiyyəti dövrünə təsadüf edilir. Uzun bir dövrlər ərzində İslam Bankçlığı uzun bir inkişaf yolu keçmişdir. Belə ki, klassik,(Orta əsrlər dövrü), müasir və inkişaf edən kapital bazarlarında olan İslam Bankçılığı formalarına bölmək olar. Müasir İslam Bankçılığı 1960-cı illərdə Misir və Malaziyada formalaşmağa başlamışıdır. 1972-ci ildə ilk dəgə olaraq İslam İnkişaf Bankı yaradılaraq, üzv ölkələri müxtəlif maliyyə vasitələri və fondlarla təchiz etməyə başladı. İlk müasir Dubay İslam Komersiya Bankı ilk dəfə olaraq 1975-ci ildə fəaliyyətə başladı. Artıq 1990-cı illərdən etibarən İslam bank sistemin özəllikləri bir sıra qərb ölkələrini cəlb etməyə başladı. Artıq hal-hazırda dünyanın 75 ölkəsində, 300 yaxın maliyyə institutları və bankları qeyri-faiz sistemi əsasında fəaliyyət göstərirlər. Bu arada inkişaf İslam kapital bazarlarına dünyada 400 milyarda yaxın olan maliyyə əməliyyatları dövr edir. Bu bazarın əsas alətləri sırasında daxildir: satışa əlavə edilə xərc və ya nağd satış , (Moharaba-qısa müddətli), lizinq (Ljara), etibarla maliyyələşmə (Modaraba), səhmdar payı (Musharika)  daxildir. Bu arada bir haşiyəyə çıxaraq qeyd edək ki, 6.3 mlrd dünya əhalisnin 1.5 mlrd-ı məhz Müsəlman əhalisinin payına düşür.

İslam Bankıçılığı digər bank sistemləri kimi bir sıra qayda və qanunlara əsaslanır. Bu norma və qaydalar Şəriyyət qaydalarına, qanunvericiliyə, siyasi, iqtisadi və sosial aspektlərə bağlıdır.Şəriyət qaydalarının formalaşdığı mənbələrə, müqəddəs Quran, Sunna, İtihad(İslam yuristlərinin bu məsələdə fikirləri), İjma(Bu məsələdəki İslam cəmiyyətinin konsensusu), qiyas ( qəbul edilmiş prinsiplər) istinad edir. Burada əsəs prinsip, məhz Riba (linqvistik baxımdan artım deməkdir)-yəni ehtiyac olmadan kapitalın artırılması prosesini qadağan edir. Bundan əlavə sələmçiliyin İslamda qadağan edilməsi, bu sistemdə faizdən birbaşa şəkildə istifadə edilməyə məhdudiyyət qoyur. Elə məhz bu, yəni kredit üzərində faizin olmaması və qoyulmuş depozitlərə görə faizlərin tətbiq edilməməsi İslam bank sistemini digər qərb bank sistemlərindən fərqləndirir.

Bəs sual oluna bilər ki, İslam Bankları öz gəlirləri haradan formalaşır? Digər maliyyə vasitəçiləri kimi, onlar mənfəəti qoyulmuş depozitlərə faiz qoymaqla deyil,  məhz investor və əmanət sahiblərinin pulunu borc götürənlərin müxtəlif xidmətlərini həyata keçimək üçün istiqamətləndirirlər. Bu halda borc götürənlərin qazandıqları təqdirdə qazanır, əks halda isə itkiyə məruz qalırlar. Geri əldə oluna bilən qazanc normaları isə, müxtəlif və mürəkkəb biznes əməliyyatlarından asılıdır. Müsəlman qanunvericilərinin yarım əsrlik davam edən bu debatı əsasən ribaya qadağanın qoyulması və gəlirin yalnız ticarət və sövdələşmələrdə olan gəlirlə əlaqədar olması məsələsi dururdu. Məhz bu faiz tətbiq etməyən bankçılıq bir qədər sonra təşkil olundu. Artıq 1975-ci ildə İslam İnkişaf Bankının yaradılmasında sonra, 1975-ci ildə Dubayda, 1977-ci ildə Küveyt Maliyyə İnstitutu, 1979-cu ildə Bəhrein İslam Bankı və bundan əlavə iki böyük İslam Bankı Al Baraka və Dar al Mal İslami maliyyə qurumları 1980-ci illərin əvvələrində bir araya gəldilər. Bu onilliklərdə İslam Bankları böyük artıma nail oldular. İslam bankçılığı doktirinasına əsas aşağıdakı prinsiplər daxildir:

  •     Risklərin diversifikasiyası və aradan qaldırılması
  •     Sahibkarlığın stimullaşdırılması
  •     Spekulyativ və manupulyativ amil və davranışlara maneə aradan qaldırılması
  •     Mülkiyyət hüquqlarının qorunması
  •     Şəffaflıq
  •     Müqavilə öhdəliklərinin toxunulmazlığı

Bu sistemdə də, digər ənənəvi sistem kimi üç əsas tərəf iştirak edir: kapitalın həqiq sahibi, bank-kapital ehtiyalarının xidmət edir, və depozit sahibləri və ya bunlara maliyyə təchizatçıları daxildir. Bunlar arasında üçbucaqvari bir əlaqə mövcuddur. Burada birinci maliyyə əlaqəsi, məhz bankla depozit sahibi, ikicisi isə bankla maliyyə ehtiyatının istifadəçisi arasındadır. Burda xüsusi olaraq qeyd etmək lazımdır ki, onlar arasındakı status digər banlarda kreditor və debitor olmaqdan fərqli, əməkdaş, investor və ticarətçi olaraq adlandırılır.

İslam bank sistemi investitsiya yaratmayan və cari hesablarda formasında olan depozit və investitsiya formalaşdıran hesablar olmaqla iki yerə bölünür. Bunlardan birincisi çek yazmaq məqsədilə, qısamüddətli dövr üçün istifadə edilə bilər. Birinci də investorlar pulu gələcək gözləntilərdən qorunmaq üçün yatırırlarsa, sonuncuda bankın maliyyə gəliri ilə bölüşmək və gəlir əldə etmək məqsədilə edirlər. Belə demək olar ki, bu halda onlar səhmdar rolunda çıxış edirlər. Lakin səhmlərdən fərqli olaraq, onların depozit sertifikatları alınıb-satıla bilməz. Digər fərq isə, depozitlərə müəyyən məbləğ ödənilir, digərində isə bu bir qədər müxtəlifdir. Burada investitsiya hesabları avtorizasiya olunan və olunmayan olmaqla iki qrupa ayrılır.

Avtarizasiya olunduğu halda depozit sahibi depozitdən istifadəni banka həvalə edir. İnvestitsiya hesabda isə sadəcə pulu əldə edən üçüncü şəxs arasında bir razılaşma olur ki, mənfəətin müəyyən faizini depozit faizi olaraq əldə edəcəkdir. Ümumiyyətlə, burada informasiya xərcinin bir qədər yüksək olduğunu qeyd etmək lazımdır. Daha dəqiq, İslam bankları əsasən maliyyə ehtiyatlarının mobilliyini artırmaqda və tranzaksiya xərclərninin və risklərin az olmasında əvəzsiz yerə malikdir. Yenə hər bir tərəfin mənfəəti razılaşdırılmış pay faizinə görə əldə olunur və bankın administrativ xərcləri biznesin gəlirləri hesabına ödənilir.

Əgər burada hər hənsı bir itki olarsa, bu halda bu zərər hər iki tərəf arasında proporsional şəkildə  bölüşdürülür. Bu halda sistem hər iki tərəfin daha məhsuldar işləməsini stimullaşdırır və digər bançılıqda olan və layihələrini uğursuluğa apara biləcək, “menecərlərin şəxsi mənafelərini” azaltmış olur. Bir neçə nümunə ilə prosesin nəcə təşkil olunduunu nəzərdən keçirək. Nümnə olaraq, idxalçı xam material almaq üçün banka müraciət edir ki, müştərinin əvəzinə materialları bank əldə eləsin. Bu zaman bank ödənişi edir və bu ödəniş üzərində hər hansı bir faiz yox sadəcə ödənişin özünü və servis ximətini əlavə etməklə müəyyən müddətdən sora geri əldə edir. Bu zaman bank bir qədər onu idxalçıya yüksək qiymətə sata bilər, çünki o əməliyyatın riskini öz üzərinə götürür.

Bu həmdə ona işarədir ki, sələm pulun dəyərini məhz pulun üzərinə faiz şəklində yoz, sadəcə məhsulun üzərinə xərc şəklində əlavə edilir. Bu məhz Murabahaya olan bir  nümunədir. Daha bir nümunə isə, Mudaraba aidddir. Burada isə maliyyə ehtiyyatının idarə edilməsidir. Burada bacarığı olan, amma pulu olmayan və pulu olanla qarşılaşır. Maliyyə ehtoyyatları ortada bank olmaqla birinci tərəfdən idarə edilir. Amma hər hansı bir öhdəlik daşımır. Çünki o öz əməyini və vaxtını həmin vençur kapitala xərc olaraq qoyur. Muşaraka isə depozitor öz pulunu hər hasnı bir Vençur kapitala yatırır və orada müəyyən pay götürür və bulda depozit cari pul və ya kapitalın artırlması kimi də istifadə oluna bilər. Bu halda kapital sahibi vençurda müəyyən paya sahib olur və risklərin və gəlirlərin bölüşdürülməsini özündə ehtiva edir.

İslam bankçılığı İslam prinsiplərinə və qaydalarına əsaslanan bir sistemdir və mahiyyət etibarı ilə faizin ödənilməsini qadağan edir. İslam qaydaları onu deyir ki, pul yalnız məhsuldar şəkildə işlədikdən sonra qazanılmalıdır. İslam bankı pulu borc verdikdə risklər paylanır və ona uyğun olaraq ödəniş və mükafatlar həyata keçirilir. Bankın pulunun geri qayıtması dərəcəsi müştərinin nə dərəcədə uğurlu fəalliyyət göstərməsindən asılıdır. Odur ki, bankçılıq sisteminə uyun olaraq, İslam dininin konteksində olan, etik iş fəaliyyəti, sərvətin bölüşdürülməsi, sosial və iqtisadi ədalət, fərdlərin gözlənilən məsuliyyətlərinin həyata keçirilməsi ilə yüksək şəkildə həyata keçirilə bilər.

İslam Bankçılığının Azərbaycanda sürətlə inkişaf edən klassik bank sistemində reallaşdırılması və tez bir zamanda inkişaf etdirilməsi bir qədər çətindir. Lakin bu sistemi Azərbaycanda İnkişafına nail olmaq üçün geniş perspektivlər vardır və həmin perspektivlər nəzərdən keçirilməli və araşdırılmlıdır. Hal-hazırda İslam Bankçılığının müxtəlif alətləri və ilkin mexanizimləri bir neçə banklarda mövcuddır. Odur ki, bu İslam Bankçılığının İnkişaf etdirmək məqsədilə növbəti əsas addımların atılması olduqca müsabət hal kimi qəbul edilə bilər:

  •    Ilk öncə İslam Bankçılığının funsionallığını təmin etmək üçün əsas prinsipləri aydınlaşdırılmalı, Azərbaycan cəmiyyətinin reallıqları nəzərə alınmalı və cəmiyyətə çatdırılması müxanizmləri müəyyən edilməlidir;
  •    Mərkəzi Bank bu sahədə araşdırma, təhlil yazıların (policy papers), maliyyələşməsi və respublika üzrə bu kimi layihələrin iqtisadi-sosial təşkilat arasında reallaşdırılması və strateji yazıların nəzərdən keçirilməsini həyata keçirməsi;
  •    İlkin olaraq, “pilot alətləri” analiz edilməli və təcrübədən keçirilməli;
  •     Bu sistemi tənzimləyəcək icraedici sənədin Azərbaycan Respublikasnın Mərkəzi Bank tərəfindən işlənib-hazırlanmsı və dövlət orqanlarına təqdim edilməsi
  •     Bütün əməliyyatların mümkün tənzimlənilmə və səmərəli reallaşdırılma qaydaları işlənib hazırlanmalıdır;
  •    Ənənəvi banklarda olduğu kimi bu bank sistemində də, müştərilərin yüksək səviyyədə təminatı və xidməti təmin olunmalıdır.

Bu bankçılığı Azərbaycanda tətbiq etməklə xüsusilə bir sıra vətəndaşların şəriət qaydaları ilə vəsait əldə etmələrinə və həmin insanların bu kimi maliyyə xidmətlərindən istifadəsini reallaşdıran müəyyən imkanlar formalaşar ve eynilə İslam Bank ənələlərinin təmələnin möhkəmləsinin şərait yaranar. Son olaraq, onu qeyd edək ki, 2009-cu il də Azərbaycan məhz “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Bu məqsədlə bu sistemin Azərbaycanda daha inkişaf etdirilməsi xüsusi iqtisadi-sosial və strateji olaraq İslam ölkələri arasında əlaqələrin gücləndirilməsi məqsədilə Azərbaycan iqtisadiyyatı böyük əhəmiyyətə malikdir.

Son xəbərlər
Digər xəbərlər