-1 C
Baku
Sunday, December 15, 2024

İslam İnkişaf Bankı Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hökumətə hesabat təqdim edəcək

“İslam İnkişaf Bankının (IDB) nümayəndələrinin Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hökumətə hesabat təqdim edəcəyi gözlənilir”.

Bunu açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov deyib.

Onun sözlərinə görə, İslam Bankçılığının tətbiqi IDB birgə həyata keçiriləcək layihəsidir. Layihənin icrasına başlamazdan əvvəl qanunvericilikdə ediləcək dəyişikliklərlə əlaqədar görüşlər və səfər missiyaları həyata keçirilib.

“2018-ci ilin sonunda IDB-nin nümayəndə heyəti Azərbaycana gəlib, aidiyyatı qurumlarla görüşlər keçirib. Onlar qayıdandan sonra hesabat hazırlamalı idilər və həmin hesabata uyğun biz İslam bankçılığı ilə bağlı işimizi davam etdirməli idik. Layihənin məqsədi alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir”, -deyə N.Həsənov əlavə edib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Ölkədə İslam bankçılığının hüquqi əsaslarını hazırlamağa texniki dəstək layihəsinin həyata keçirilməsində məsul qurum KOBİA-dır. IDB bu məqsədlə hökumətə 200 min dollar texniki yardım ayırıb. Müvafiq qrant sazişi 2017-ci ilin yanvar ayında imzalanıb.

Report

Son xəbərlər
Digər xəbərlər