2 C
Baku
Sunday, December 15, 2024

“İslam İnkişaf Bankı ilə işğaldan azad olunmuş ərazilərdəki layihələrdə əməkdaşlığımız olacaq”

“İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlərin həcmi olduqca böyükdür. Görüləcək işlərlə bağlı proqram geniş əhatəlidir”.

Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan müxtəlif qurumlarla, ölkələrlə çox sıx əməkdaşlıq edir. Ancaq hər zaman Azərbaycanın mövqeyi ondan ibarət olub ki, dost qurumlar, dost ölkələrlə əməkdaşlıq  daha sıx olacaq və  onların quruculuqda iştirakı ilk mərhələlərdən başlanacaq: “İƏT və onun təsisatları və üzv ölkələrlə dərin əlaqələrimiz var. İslam İnkişaf Bankını qeyd edə bilərəm ki, bu təsisatla işğaldan azad olunmuş ərazilərdəki irimiqyaslı layihələrdə əməkdaşlığımız olacaq və biz Bankın dəstəyindən məmnun olarıq”.

Ceyhun Bayramov əlavə edib ki, İSESKO-nun tarixi mədəni irslə bağlı töhfələr verəcəyinə inanırıq: “Artıq layihələndirmə işləri başlayıb, deyə bilərəm ki, ilkin layihələrdə İƏT-ə üzv ölkələrdən şirkətlər var və onlar ilk sıradadırlar”.

Son xəbərlər
Digər xəbərlər