12 C
Baku
Wednesday, December 11, 2024

İslam İnkişaf Bankı indiyədək Azərbaycan iqtisadiyyatına 1 mlrd. dollara yaxın investisiya yatırıb

İslam İnkişaf Bankı (IDB) tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl Casiri ilə görüşündə bildirib.

İqtisadiyyat naziri Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin IDB Qrupuna daxil olan institutlarla əlaqələrə önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Nazir Azərbaycanın IDB ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmini bildirib.

 

 

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər