12 C
Baku
Sunday, October 27, 2024

İslam İnkişaf Bankı Özbəkistanda həyata keçiriləcək layihələrə 500 mln. dollardan çox vəsait ayırıb

İslam İnkişaf Bankı Özbəkistanda həyata keçiriləcək layihələrə 509,2 milyon dollar həcmində vəsait ayırıb.

Layihə Qaraqalpaqstan Respublikası, Xarəzm, Buxara və Nəvai vilayətlərində infrastruktur və sosial obyektlərin modernləşdirilməsinə yönəldiləcək.

Layihə çərçivəsində 1161 kilometr su təchizatı sistemlərinin, 626 kilometr məhəlləarası yolların, 1154 aşağı voltlu elektrik şəbəkəsinin, 693 km irriqasiya-drenaj şəbəkəsinin çəkilməsi, 155 tədris, səhiyyə və 100-dən artıq digər obyektlərin tikilməsi və rekonstruksiyası nəzərdə tutulur.

Layihədə Özbəkistanda onkoloji xəstələrin diaqnostikası, onların keyfiyyətli tibbi yardım alması da nəzərdə tutulur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər