9 C
Baku
Thursday, December 12, 2024

İslam İnkişaf Bankının törəməsi Azərbaycana maliyyə ayıracaq

Oktyabrın 17-də İslam İnkişaf Bankının törəmə qurumu olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) nümayəndə heyəti ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) nümayəndələri arasında görüş keçirilib.

Bu barədə ABA-dan bildirilib. Məlumata görə, iclasda missiyanın nümayəndə heyətinin sədri Hamady Soma Ba, Yans Baqa Adian (menecer, kredit və strukturlaşdırma departamenti), Daud Mohamed Osman (baş menecer, komplayns departamenti) və Hocamurod Hocayev(əlaqələr üzrə menecer, MDB), ABA tərəfdən isə, icraçı direktor Yunus Abdulov və ABA nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının (“Kredit işi”, “Komplayns”, “Ticarət və layihə maliyyələşdirilməsi”, “Xəzinədarlıq və Fondların İdarəedilməsi”, “Risk”) sədrləri və üzvləri iştirak ediblər.

Görüşdə Azərbaycanda ticarətin maliyyələşdirilməsi, kiçik və orta biznesə dəstək imkanlarının genişləndirilməsi və digər potensial əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb. Müzakirələr çərçivəsində, illik ticarətin maliyyələşdirilməsi üzrə 6.5-7 milyard USD həcmində dövriyyəyə malik İTFC-nin bir müddət öncə yerli banklarla əməkdaşlıq etdiyi və hazırda bank-maliyyə sisteminin inkişaf tempini nəzərə alaraq əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olduqlarını bildirmişlər. Eyni zamanda İTFC-nin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və idxalına maliyyə dəstəyinin göstərilməsinə də maraqlı olduqlarını bildiriblər.

Yunus Abdulov öz çıxışında Azərbaycanda bank-maliyyə sistemi haqqında məlumat vermişdir, daha sonra isə əlaqədar mövzu ətrafında fikir mübadiləsi aparılıb və əlaqədar suallar cavablandırılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər