İslam Kərimovun mühafizə xidmətinin başçısı həbs edilib

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun mühafizə xidmətinin başçısı vəzifəsində işləmiş general-mayor Muicon Tohiri korrupsiyada ittiham olunaraq həbs edilib.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Baş Prokurorluğundan bildirilib.

Bildirilib ki, M.Tahiri cinayəti gömrük komitəsindəki fəaliyyəti ilə bağlıdır.

Məlumata görə, 55 yaşlı general-mayor 2018-ci il fevralın 13-də Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2016-cı il dekabrın 20-də təyin olunub. 2013-2016-cı illərdə İslam Kərimovun mühafizə xidmətinin başçısı olub. 2006-2008-ci illərdə Özbəkistan Milli Təhlükəsizlik Xidməti sədrinin müavini, 2008-2010-cu illərdə Təhlükəsizlik Şurası sədrinin müavini, 2010-2011-ci illərdə İslam Kərimovun dövlət müşaviri vəzifələrində işləyib.

Qeyd edək ki, İ.Kərimov 1991-ci il sentyabrın 30-dan 2016-cı il sentyabrın 2-dək Özbəkistanın Prezidenti olub.

Son xəbərlər
Digər xəbərlər