4 C
Baku
Tuesday, December 24, 2024

İslam Kərimovun qızının Britaniyada $25 mln.-luq əmlakı müsadirə edilib

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Böyük Britaniyada 25 milyon dollarlıq əmlakı müsadirə edilib.

Bu barədə Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti (Seriuos Fraud Office – SFO) məlumat yayıb.

Kərimovanın müsadirə olunmuş əmlaklarına Londonun Belqraviya bölgəsində yerləşən iki mənzil və Surrey qraflığındakı malikanə daxildir.

Qeyd olunub ki, Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb.

SFO-dan bildirilib ki, Böyük Britaniyada korrupsiyanın kökünü kəsmək üçün davam etdirilən işlərdə irəliyə doğru bir addım olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər