5 C
Baku
Monday, February 6, 2023

İslam ölkələrində 89 mln. insan aclıqdan əziyyət çəkir

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə 89 milyon insan aclıqdan əziyyət çəkir və təcili ərzaq yardımına möhtacdır. Eyni zamanda, təşkilata üzv dövlətlərin 19 milyona yaxın vətəndaşı qaçqın və ya məcburi köçkündür. Qlobal miqyasda bu kateqoriyadan olan insanların 72.1 faizi müsəlmanlardan ibarətdir.

Bu rəqəmlər təşkilatın Baş katibliyinin Ciddədə keçirilən İƏT Təsisatlarının 6-cı iclasında çıxış edən İƏT Baş katibinin iqtisadi məsələlər üzrə müavini Əhməd Kavisa Sengendonun hesabatında yer alıb. O əlavə edib ki, bir çox İslam ölkələrində davam edən qeyri-sabitlik və münaqişələr nəticəsində 300 milyon insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. İqlim dəyişikliyi, quraqlıq və təbii fəlakətlər bu çətin vəziyyəti daha da ağırlaşdırıb.

İƏT Baş katibinin müavini vurğulayıb ki, hazırkı qlobal çağırışlar fonunda İƏT-ə üzv ölkələrin sıx əməkdaşlığı və həyata keçiriləcək birgə sosial-iqtisadi layihələr İslam ölkələrində insanların vəziyyətinin yaxşılaşmasına töhfə verə bilər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X