1 C
Baku
Cümə, Yanvar 21, 2022

İslamçı investorlar katoliklərdən daha uğurlu oldular

JP Morgan Asset Management katoliklər üçün nəzərdə tutulmuş, investisiya fondunu bağlamaq qərar vermişdir. Fondun rəhbərləri ön investisiyalarını kilsə nəzəriyyələri əsasında idarə etmək istəyən, kifayət qədər müştəri toplamağa ümid etmirlər.

İslam bankçılığının qaynar inkişafı fonunda, xristian əhaliyə istiqamətlənmiş xüsusi maliyyə məhsulları elə də geniş yayılmamışdır. Eyni zamanda araşdırmalar göstərir ki, vicdanlı şəkildə bağlanmış bu sövdələr həqiqətən də çox gəlir gətirir.

JP Morgan bankı Global Catholic Ethical Balanced Fund (Qlobal Katolik Etik Tarazlıq Fondunu) bir il əvvəl işə salmışdır. Bu fond Müqəddəs Yazılara və Katolik Kilsəsinin təlimatlarına uyğun şəkildə qazanc əldə etmək istəyənlər üçün nəzərdə tutulub. Xüsusi ilə də fond insan hüquqlarının pozulması,  kontraseptiv  və ya kütləvi qırğın silahlarının istehsalı məşğul olan müəssisələrə və ya kompaniyalara investisiya etməkdən yayınmağa çalışıb. Həmçinin inanclı adamların pullarını idarə edən şəxslər ölüm hökmü ləğv edilməmiş ölkələrə investisiya etməkdən də çəkiniblər.

Xristian investisiyalar üçün müvafiq obyektləri seçməkdə JP Morgan bankına Roma katolik kilsəsinə maliyyə və idarəetmə xidmətləri təqdim edən italyan  Gruppo Re  və həmçinin sosial və ekoloji məsuliyyət sahəsində tədqiqatlar üzrə ixtisaslaşmış  ECPI kompaniyası kömək etmişdir. Bundan əlavə, JP Morgan əmin etməyə çalışır ki, fondun rüblük portfeli Roma Katolik kilsəsinin ən yüksək vəzifəli nümayəndələrindən təşkil olunmuş məşvərət şurası tərəfindən təhlil olunub.

Fondun bağlaması ilə bağlı qərar yeni cəlb edilmiş investisiyaların gələcək perspektivlərinin çox qaranlıq görünməsi ilə bağlıdır – JP Morgan Asset Management rəsmi bəyanatında qeyd edir. Bu ilin may ayında Global Catholic Ethical Balanced Fondunun idarəetməsi altında olan aktivlərin miqdarı 5,3 milyon dolar təşkil edib, halbuki kompaniya ən azı 30 milyon dollar əldə etməyi planlaşdırırdı. İlin əvvəlindən bu vaxta qədər fondun gəlirliyi 6,78% təşkil edib, yarandığı andan bu günə qədər olan gəlirlik isə cəmi 1,01%-dir. Müştərilər sentyabrın 11-nə qədər öz pullarını götürə və ya JP Morganın digər fondlarına köçürə bilərlər.

Beləliklə şəriət normalarına uyğun şəkildə, faiz gəlirlərini qadağan edən maliyyə məhsulları təklif edən JP Moragnın eyni təcrübəni xristian maliyyəsində də tətbiq etmək cəhdi alınmadı. Bununla yanaşı qeyd etmək lazımdır ki, müsəlmanlar üçün münasib olan maliyyə aktivləri təkcə son 5 il ərzində  150% artım nümayiş etdirmişlər, The Banker, agentliyinin verdiyi məlumata əsasən, onların həcmi 1,3 trilyon dolları üstələyir. Təkcə birinci rüb ərzində bazara 40 milyard dollar həcmində İslam istiqrazları olan Sukuklarçıxarılmışdır. Onlar dövriyyədə olan ümumi İslam qiymətli kağızlarının həcmini 200 milyard dollara qədər artırmışdır.

islam%20cristianJP Morgan xristianlara təkcə maliyyə risklərini deyil, həm də mənəvi riskləri azaltmağa imkan verəcək maliyyə alətləri təqdim etməkdə uğursuzluğa uğrayan ilk maliyyə institutu deyil. Eyni aqibəti başqa amerikan bankları da yaşayıb. Ötən il FaithShares kompaniyası  müxtəlif təriqətlərə mənsub olan xristianlar üçün nəzərdə tutulmuş və iki il əvvəl fəaliyyətə başlamış birja indeks fondlarının işini dayandırdı. Maraqlı fakt odur ki, diferensiasiya meyarlarından biri qismində alkoqol çıxış edirdi: məsələn katoliklər istənilən növ spirtli içki istehsalçılarına sərmayə edə bilərdi, lüteranlara isə yalnız yüngül spirtli içkilərə yatırım etmək icazə verilirdi, baptislərə isə ümumiyyətlə hər hansı bir spirtli içkiyə bu növ sərmayə qadağan idi.

Hal-hazırda ABŞ-da xristianlar üçün ixtisaslaşmış bir cüt fond fəaliyyət göstərir. Məsələn, xalis aktivləri 188 milyon avro  dəyərində olan Ave Maria Catholic Values Fund öz investorlarına S&P 500 indeksinin 11% göstəricisindən fərqli olaraq, ilin əvvəlindən 5,68% gəlir gətirib. Digər katolik fond LKCM Aquinas Funds, ilin əvvəlindən  2,44% nəticə göstərib. Lakin bununla yanaşı, amerikan katolik forumlarında istifadəçilər qeyd edirlər ki, bu fondların dini istiqamət görməsi onların fikrincə marketinq gedişi rolunu oynayır, sözü gedən məsələ istifadəçiləri çox narahat edir.

Ekspertlər belə güman edir ki, spesifik xristian maliyyə məhsulları və xidmətləri ona görə geniş tətbiq oluna bilmir ki, bu sahədəki qadağalar islam dinində olduğu qədər sərt və qəti deyil. Buna rəğmən Qərbdə bir çoxlar sadəcə «sosial məsuliyyətli investisiya etmə» konsepsiyasını seçirlər. Bu konsepsiya səhmlərinin alınması tövsiyə edilən kompaniyaların ətraf-mühitin qorunması məsələlərinə qarşı diqqətliliyi və həssaslığı, əmək şəraitinin təşkili və korrupsiya ilə bağlı qalmaqallar cəlb olunması nöqteyi-nəzərindən onların reytinq sıralamasın təqdim edir.
Social Investment Forum-un araşdırmasına əsasən hal-hazırda təqribən 2,7 trilyon dollar və ya ABŞ-ın idarəsi altında olan bütün aktivlərin təqribən onda bir hissəsi, hər hansı bir sosial məsuliyyət meyarından irəli gələrək yerləşdirilir.

Təəssüf ki, hələ ki ən gəlirli sahə məsuliyyətsiz və ya ümumiyyətlə əxlaq zidd investisiyalardır- məsələn silah-sursat istehsalı, erotik-pornoqrafik məhsullar, kazino, Yiel Universitetinin professor Frenk Fabotsinin apardığı tədqiqat belə deməyə əsas verir. O, 37 il ərzində öz həmkarları ilə birlikdə 21 ölkədə səhm dinamikasını öyrənmişdir, adlarını qeyd etdiyimiz fəaliyyət sahələri ilə məşğul olan şirkətlərin səhmlərinə edilən yatırımlar 19% gəlir gətirdiyi halda, sıravi kompaniyalarda bu gəlirlərin miqdarı 7,9% olmuşdur Başqa sözlərlə desək, 10 min dollarlıq investisiya bu dövr ərzində, 63 milyon dollara qədər arta bildiyi halda, məsuliyyətli investorların cəmi 164 min dollar qazanmaq ehtimalı vardır.

Son xəbərlər
Oxşar xəbərlər