9 C
Baku
Friday, December 13, 2024

İslandiya dördgünlük iş həftəsi sınağının nəticələrini açıqladı

İslandiyada sınaq müddətində dördgünlük iş həftəsi tətbiq edilib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Sınaqda təxminən üç min nəfər və ya ölkənin ümumi işçi qüvvəsinin 1%-i iştirak edib, bu barədə İslandiyanın “Alda” və Böyük Britaniyanın “Autonomy” mərkəzlərinin hesabatında deyilir.

Təcrübə 2015-ci ildən 2019-cu ilə qədər davam edib və qısaldılmış iş həftəsinin tətbiqinin ən böyük sınağı olub. Orada ölkənin müxtəlif sahələrindən – müəllimlərdən xəstəxanalardakı həkimlərə qədər – dövlət qulluqçuları iştirak edib.

Sınaqlar iki mərhələdə baş tutub: birincidə 2.5 min nəfər, ikincidə isə 440 nəfər olub. İşçilər əməkhaqqı azaldılmadan müvəqqəti olaraq 40 saatlıq iş həftəsindən 35 və ya 36 saatlıq rejimə keçirilib.

Bütün dəyişənlərə baxmayaraq, nəticədə məhsuldarlıq ya əvvəlki səviyyədə qalıb, ya da artıb. Bununla yanaşı, bütün iştirakçılar stresin və tükənmənin azaldığını, rifahın, o cümlədən iş və şəxsi həyat arasındakı balansın yaxşılaşdığını bildirib. Həm menecerlər, həm də sıravi işçilər bu sınağı “böyük uğur” adlandırıb.

Fərqli iş yerlərində uyğunlaşma fərqli qaydada olub. Bəzi hallarda işçilər tapşırıqları başqalarına həvalə etməyə və prioritetləri düzgün seçirdi, digərlərlərində isə real görüşlər elektron poçtla əvəz edilirdi.

Müəlliflər bu məlumatları dünyada dördgünlük iş həftəsinin gələcək sınaqları üçün şablon kimi istifadə etməyi təklif edirlər. “Alda” bu təcrübənin yeni yanaşmanın mütərəqqi olduğunu söyləyir.

Qeyd edək ki, İslandiya dördgünlük iş həftəsini tətbiq edən ilk ölkə deyil. Bundan əvvəl “Microsoft” da işçilərinin 40%-nin iş saatlarını azaldaraq, bu metodu tətbiq edib. Yeni Zelandiyanın “Perpetual Guardian” şirkəti qısaldılmış iş həftəsinə hələ 2018-ci ildə keçib və bununla da məhsuldarlığını 20% artırıb.

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, qısaldılmış iş həftəsi işçiləri daha məhsuldar və xoşbəxt edir. İslandiya əldə etdiyi nəticələrlə kifayətlənməyəcək: hal-hazırda parlamentdə iş həftəsinin 30 saatadək azaldımasının işçilərə necə təsir edəcəyi müzakirə edilir.

Son xəbərlər
Digər xəbərlər