İslandiya hökuməti ölkəyə gəlmək və distant işləmək istəyən əcnəbilər, o cümlədən onların ailələri üçün uzunmüddətli viza yaradıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, potensial “turistlər” üçün əsas maneə gəlir maddəsi ola bilər, çünki şərtlərə əsasən müraciət edən şəxsin aylıq gəliri 7 min dollardan çox olmalıdır.
Yeni vizalar xarici qonaqların İslandiyada altı aya qədər qalmasına imkan verir. Səlahiyyətli orqanların təklifi, ada əyalətinə getmək üçün vizaya ehtiyacı olmayanlara, yəni Şengen ölkələrinin vətəndaşlarına və ya bu ölkələrin birində yaşamaq hüququ olan insanlara təsir göstərəcək.
İslandiyada uzunmüddətli yaşayış icazəsini almaq üçün ərizəçi:
– xarici şirkətlə iş əlaqəsinin olduğunu və ya özünüməşğulluq statusunu təsdiq etməlidir;
– gəlir və tibbi sığorta tələblərinə cavab verməlidir;
– ayda 1 milyon İslandiya kronu (7360 dollar) və ya ildə 88 000 dollar gəliri olmalıdır;
İslandiya hökumətinin digər ölkələrdən zəngin insanları cəlb etmək cəhdi ilk növbədə ABŞ (xüsusilə Silikon Vadisi və ya San-Fransiskodan), Kanada, Avstraliya və Yeni Zelandiyada yaşayan mütəxəssislərə yönəldilir. Burada əsas məqsəd yerli iqtisadiyyata investisiya qoyuluşunu artırmaqdır. Gələcəkdə bu, kütləvi turizm əvəzinə elit turizmin inkişafına kömək edə bilər.








