12 C
Baku
Saturday, November 23, 2024

İslandiyanın Rusiyadakı səfirliyi fəaliyyətini dayandıracaq

İslandiyanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 1-dən fəaliyyətini dayandıracaq.

Bu barədə İslandiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, İslandiya hökuməti Rusiya ilə diplomatik münasibətlərin dayandırılmasına dair qərar qəbul edib. Qərara əsasən, ölkənin Moskvadakı səfirliyi avqustun 1-dən fəaliyyətini dayandırır.

Vurğulanıb ki, İslandiya Rusiyadan da paytaxt Reykyavikdəki səfirliyin fəaliyyətini məhdudlaşdırmağı və diplomatik missiyanın səviyyəsini aşağı salmağı tələb edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər